Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-729/2025 18.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması və uşaqlarla ünsiyyət verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, ağır epilepsiya xəstəsi olmasını və heç yerdən gəlirinin olmaması səbəbindən Cavabdeh ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşlarınadək saxlanmaları üçün ondan tutulan alimentin məbləği azaldılaraq hər ay hər uşaq üçün 100 (yüz) manat müəyyən edilməklə, dörd uşaq üçün hər ay ondan cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, cavabdehlə birgə nikahlarından doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 ilə onun ünsiyyət hüququnun hər ay ərzində 2 dəfə yəni hər iki həftədən bir, şənbə-bazar günləri ərzində səhər saat 10:00-dan axşam saat 18:00dək olmaqla ona övladları ilə görüş vaxtı verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 üçün hər ay hər uşaq üçün ondan tutulan 150 (yüz əlli) manat alimentin məbləğinin azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməsi və övladları ilə görüş vaxtının təyin edilməsi üçün məhkəməyə müraciət edib. Onunla cavabdehin birgə nikahlarından uyğun olaraq xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10. xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 doğulmuşlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 833/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37 nömrəli nikah müqaviləsi pozulmuş və eyni zamanda hər ay ondan hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, dörd uşaq üçün hər ay cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Nikahın pozulması haqqında AZ-J № 504800 nömrəli şəhadətnamədən görünür ki, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması icra olunmuş və bu xx.xx.2024-cü il tarixdə, 134 nömrə ilə qeyd edilmişdir. Məhkəməyə bildirir ki, o, ağır epilepsiya xəstəsidir və bu səbəbdən də işsizdir. Heç yerdən gəliri yoxdur. Pensiya, müavinət və ya təqaüd də almır. Ona görə də ondan dörd uşağının hərəsinə hər ay 150 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi ədalətsiz qərardır. Həmin alimenti o yox, valideyni ödəyir. O, valideyninin maddi köməkliyi sayəsində bu həyatda yaşayır, sözügedən alimenti də valideyni öz qazancından hər ay ödəyir. Buna isə maddi imkanı çatmır və valideyni yaşlaşdığından əmək qabiliyyətini itirməkdədir və bir müddətdən sonra isə məhkəmənin qət etdiyi 600 manat alimentin tərəflərindən ödənilməsi ümumiyyətlə mümkün olmaya bilər. xx.xx.2025-ci il tarixli “Məşğulluq haqqında" arayışdan görünür ki, o, işsizdir. xx.xx.2024-cü il tarixli “EEQ müayinə” tibbi sənədindən görünür ki, o, epilepsiya xəstəsidir. Digər tibbi sənədlərini məhkəmə prosesində məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ikinci dəfə ailə həyatı qurub. Çünki oğlu epilepsiya xəstəsidir və diama ona nəzarət etmək lazımdır. Həmçinin oğlu xəstəliyinə görə də işə qəbul ola bilmir. Oğlundan hər ay hər uşağa görə 150 manat alimentin tutulmasına dair qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 məhkəməyə izahat verərək bildirdi ki, uşaqların iddiaçı ilə qısa müddətdə ünsiyyətdə olmasına etirazları yoxdur. Lakin uşaqlardan üçü məktəbə, biri isə bağçaya gedir və kifayət qədər maddi ehtiyacları var. Qızı nəvələri ilə birlikdə hazırda onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Nəvələri həftə işi dərsə və baxçaya getsələr də, şənbə və bazar günləri evdə olurlar. Nəvələrindən Reyhan həftənin şənbə günləri əlavə dərnəyə gedir. Həmçinin qızıda həftənin şənbə və bazar günləri evdə olur. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” X7 28 fevral 2025-ci il tarixli, 3-16-5/8-69-145/2025 saylı arayışın surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” X7 28 fevral 2025-ci il tarixli, 3-16-5/8-69-146/2025 saylı arayışın surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” X7 28 fevral 2025-ci il tarixli, 3-16-5/8-69-147/2025 saylı arayışın surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Şamaxı regional “ASAN Xidmət” X7 28 fevral 2025-ci il tarixli, 3-16-5/8-69-148/2025 saylı arayışın surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İ № 504800 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Qasımov, qadına Yolçiyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı işsizdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli göndəriş vərəqəsindən görünür ki, İddiaçı barəsində “epilepsiya, tez-tez təkrarlanan qıcolma tutulmaları” səbəbilə göndəriş vərəqəsi tərtib olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-833/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin ediməsi, İddiaçı ilə Cavabdeh arasında Şamaxı rayon qeydiyyat şöbəsində 14 fevral 2014-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 37 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 iddiaçı Cavabdeh yanında qalması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, cavabdeh İddiaçı 18 aprel 2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı 50 manat Mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumu alınıb, iddiaçı Cavabdeh verilməsi və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan 01 iyul 2025-ci il tarixli, 5-75/2-353/2025 nömrəli Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyindən görünür ki, Komissiya İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 ilə ünsiyyət hüququnun verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin “uşaqlarla ünsiyyət hüququnun verilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 61.1-ci maddəsinə görə uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət hüququna malikdir. 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli 6 saylı qərarında göstərilir ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Eyni zamanda həmin qərarada məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edilməsi məqsədə müvafiqdir.” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarı ilə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli 6 saylı qərarına 12.1-ci bənd əlavə edilmişdir. Həmin bənddə deyilir: Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Bundan başqa, Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 anadan olmuşdur. Daha sonra tərəflər ayrılmış, birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. İddiaçı hal-hazırda iddiasının əsası kimi uşağı ilə ünsiyyətdə olan bilmədiyini əsas gətirmişdir. Tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddiaçı uşağı ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı valideynlik hüququndan məhrum edilməmiş, onun uşağı üzərində valideynlik hüququnu həyata keçirmək hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüququ bərpa edilməli və onun uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin olunmalıdır. Məhkəmə eyni zamanda iddianın “aliment məbləğinin azaldılması” ilə bağlı hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şamaxı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(074)-833/2024 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı X12 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iddiaçının hazırda heç bir yerdə işləməməsi və gəlirinin olmamasına dair dəlillərini əsaslı hesab etmir. Belə ki, valideynin az gəlir əldə etməsi və ya heç bir yerdə işləməməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin üzərinə düşdüyünü nəzərə nəzərə alaraq və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbinin “alimentin məbləğinin azaldılması” tələbinə dair hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli uşaqların yaşı nəzərə alınaraq, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 ilə ünsiyyət hüququ müəyyən edilməli və ünsiyyət qaydası ayda iki dəfə, həftənin bazar günləri saat 1200-dan – saat 1600-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 1 ünvanında ayda iki dəfə, həftənin bazar günü 1200-da Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 1600-da isə eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X11 ilə ünsiyyət hüququ müəyyən edilməli və ünsiyyət qaydası ayda iki dəfə, həftənin bazar günləri saat 1200-dan – saat 1600-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 1 ünvanında ayda iki dəfə, həftənin bazar günü 1200-da Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 1600-da isə eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-729/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-729/2025
18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver