Məhkəmə qərarları › İş №2(015)-64/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-64/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-64/2024 22.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyanlıq tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi hadisə nəticəsində onun avtomaşınına vurulmuş 12718 (on iki min yeddi yüz on səkkiz) manat ödənilməmiş ziyanın, dövlət rüsumu olaraq ödənilmiş 129 manatın, cəmi 12847 (on iki min səkkiz yüz qırx yeddi) manat pulun cavabdehdən birdəfəlik olaraq alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh onun avtomobilinə dəymiş zərəri tam şəkildə ödəmişdir. Bu barədə gələcəkdə cavabdehə qarşı heç bir şikayəti və tələbi olmayacaqdır. Ona görə də mülki işi baxılmamış saxlayıb iddia ərizəsinə əlavə olunmuş sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221104 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 129 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı ziyanlıq tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221104 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 129 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı ziyanlıq tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221104 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 129 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar