Məhkəmə qərarları › İş №2(015)-655/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-655/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-655/2025 23.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Abdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Vəlı̇ yeva Maral Mayıl qızından, Cavabdeh2 müştərək olaraq nisyə aldıqları 585 əyyarlı, ümumi çəkisi 10,2 qram olan qızıl boyunbağının, həmin qızıl-zinət əşyalarının özü olmadıqda isə onların ümumi dəyəri olan 920 manat məbləğində pulun alınıb iddiaçı Xankı̇ şı̇ yeva Pərvanə Abdı qızının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin hazırlıq iclasında iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi daxil olduğundan məhkəmə hesab edir ki, İddiaçı Abdi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onun dəyəri olan pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 170.1, 170.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Abdi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar