Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-656/2024 17.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi barədə» kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü ildə ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli MM100622-2 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən “Klara çarpayı təkli” və “Matras” almış və nəticədə 75 manat əsas borc, 173,28 manat faiz borcu olmaqla cəmi 248,28 (iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat borcu yaranmışdır. 10 oktyabr 2022-ci il tarixli, MM101022-1 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən “Lenor masa” və “Praqa stul” almış, 354 manat əsas borc, 521,56 manat faiz borcu olmaqla cəmi 875,56 (səkkiz yüz yetmiş beş manat əlli altı qəpik) manat borcu yaranmışdır. Ona görə də Cavabdeh 10 iyun 2022-ci il tarixli MM100622-2 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 248,28 (iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat borc, 10 oktyabr 2022-ci il tarixli, MM101022-1 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 875,56 (səkkiz yüz yetmiş beş manat əlli altı qəpik) manat borc, eyni zamanda hüquqi yardım üçün ödənilmiş 220 ( iki yüz iyirmi) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli müqaviləyə əsasən, “Klara çarpayı təkli” və “Matras”, 10 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən “Lenor masa” və “Praqa stul” cavabdehə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 10 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 248,28 (iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat borc, 10 oktyabr 2022-ci il tarixli, MM101022-1 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 875,56 (səkkiz yüz yetmiş beş manat əlli altı qəpik) manat borc manat icra edilməmiş pul öhdəliyi vardır. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Alıcı alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun iddiaçının qarşısında 10 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 248,28 (iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat borc, 10 oktyabr 2022ci il tarixli, MM101022-1 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 875,56 (səkkiz yüz yetmiş beş manat əlli altı qəpik) manat borc məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 iyun 2022-ci il tarixli müqaviləyə əsasən 75 manat əsas borc, 173,28 manat faiz borcu olmaqla, cəmi 248,28 (iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat və 10 oktyabr 2022-ci il müqaviləsinə əsasən 354 manat əsas borc, 521,56 manat faiz borcu olmaqla cəmi 857,56 (səkkiz yüz yetmiş beş manat əlli altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 220 (iki yüz iyirmi) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat, cəmi 254 (iki yüz əlli dörd) manat məbləğində pul Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-656/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-656/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver