Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-657/2023 12.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh araq məhsullarının dəyəri olan 754,70 manatın, pivə məhsullarının dəyəri olan 174 manatın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1012,70 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdehla razılaşma ilə 3 ildir işləyir. Əvvəlcə ona pivə göndərmiş, o da pulunu verirmiş. Sonuncu dəfə 174 manat dəyərində pivə və 754,70 manat dəyərində araq götürmüşdür. Lakin götürdüyü malların dəyərini ödəməmişdir. Cavabdehə şirkətin ondan pul tələb etdiyini bildirsə də, cavabdeh şirkətlə danışacağını bildirmişdir. Bundan sonra Ağstafa rayon polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında cinayət işinin başlanılması rədd edilmişdir. Ağstafa Rayon Polis Şöbəsində müraciəti üzrə araşdırılma aparılarkən də cavabdeh ona olan borcunu etiraf etmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında cavabdehə 754,70 manat dəyərində araq, 174 manat dəyərində isə pivə məhsullarını verməsini və sonuncunun həmin məhsulların dəyərindəki pulu qaytarmadığını sübut etməlidir. İş üzrə iddiaçı cavabdehə 754,70 manat dəyərində araq, 174 manat dəyərində isə pivə məhsullarını verməsini və cavabdehin ona olan borcunu vermədiyindən Ağstafa Rayon Polis Şöbəsinə müraciət etməsini, müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsini, Ağstafa RPŞ-də müraciəti üzrə araşdırılma aparılarkən cavabdeh ona olan borcunu etiraf etməsini bildirmişdir. İddiaçının qeyd etdiyi xüsusatlar üzrə mülki işin araşdırılması üçün Ağstafa Rayon Polis Şöbəsindən iddiaçının müraciəti üzrə toplanmış cinayət işinin başlanılması barədə rədd materialı tələb edilmişdir. Həmin material öyrənilərkən məlum olmuşdur ki, İddiaçı şikayəti üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə izahatı alınmış, sonuncu da izahatında iddiaçıdan 2017-ci ilin yay aylarında pivə almasını və onun da dəyərini ödəməsini, hal-hazırda iddiaçıya heç bir borcunun olmamasını bildirmişdir. Göründüyü kimi, hazırki vəziyyətdə İddiaçı Cavabdeh 754,70 manat dəyərində araq, 174 manat dəyərində isə pivə məhsullarını verməsi öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllədə pərakəndə alğı-satqı müqaviləsinin forması müəyyən edilmişdir. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. (maddə 615). Satıcı tərəfindən alıcıya təqdim olunan və mal və xidmətlərin siyahısı, miqdarı və alıcıya təhvil verildiyi qiymət, malların formal xüsusiyyətləri (rəng, çəki və s.) olan sənəd, çatdırılma şərtləri və ya göndərən və alıcı haqqında məlumat faktura sənədində əks olunur. Bir qayda olaraq malın satılması faktura sənədi əsasında həyata keçirilir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə bir müqavilə münasibətlərinin qüvvəyə minməsi üçün tərəflər arasında mülki hüquq münasibətləri yaranmalıdır. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında alqısatqı barədə müqavilə münasibətləri olmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Lakin həmin sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-657/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-657/2023
12.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver