Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-660/2025 10.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən iddia ərizəsində cavabdehin ünvanı kimi Ağstafa şəhəri göstərmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki prosessual qanunvericilikdə iddia ərizəsi verilərkən onun cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə hazırlıq iclasında iddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X4 bildirdi ki, cavabdehin yaşadığı ünvan Ağstafa şəhəri olduğundan, Zərdab rayonunda qeydiyyatda olduğundan məlumatı olmadığı üçün hazırki iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən mülki işin baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Cavabdeh məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aşağıdakılara əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi, iddia ərizəsində Cavabdeh ünvanı Ağstafa şəhəri kimi göstərilsə də, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. İş üzrə cavabdehin Ağstafa şəhəri ərazisində qeydiyyatda olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat yeri Zərdab rayonu inzibati ərazisi hesab edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 44.2.2, 45.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş qərardaddan şikayət vermə müddəti bitdikdən sonra baxılması üçün ərazi aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-660/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-660/2025
10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver