Məhkəmə qərarları › İş №2(015)-67/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-67/2025

11.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-67/2025 11.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31000 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, Qazax şəhərində qızıl alqı-satqısı ilə məşğul olur. Cavabdeh2 onun atası ilə qonşuluqda yaşayır. Digər Cavabdeh1 isə Adilin qardaşı qızıdır. Cavabdeh1 onunla sonuncunun bibisi tanış etmiş, bibisi ona Naziləyə nə vaxt qızıl lazım olsa verməsini bildirmişdir. Bir müddət sonra Nazilə ilə oğlanlarının işsiz olması barədə söhbət etmiş, bundan sonra Nazilə ona oğlunu yanğından mühafizə idarəsinə işə düzəldə biləcəyini bildirmiş və buna görə ondan 10000 manat pul istəmişdir. O da bankdan kredit götürüb 10000 manat pulu Naziləyə vermişdir. Bir qədər sonra Nazilə ona bildirmişdir ki, onun ikinci oğlunu da “Socar”a işə düzəldə bilər. Həmin vaxt Nazilədən oğlunun işini soruşduqda Nazilə ona bildirmişdir ki, onun işi düzəlmiş sayılır. Naziləyə ilk öncə pulu olmadığını bildirmiş, lakin daha sonra onun sözünə inanaraq təkrar olaraq bankdan 9000 manat kredit götürmüşdür. Həmin 9000 manat pulu Naziləyə vermişdir. Bir müddət sonra Nazilə onun işlədiyi yerə gələrək ondan qısa müddətə borc pul istəmişdir. Naziləyə pulu olmadığını bildirdikdə, Nazilə təkidlə ona borca pul tapmağını bildirmişdir. Məcbur olub özü ilə biryerdə işləyən Rəhimov Bəhrəmdən borc pul tapmasını xahiş etmiş, Bəhrəm bir qədər sonra ona 10000 manat borc pul tapıb gətirmişdir. Özündə olan 2000 manat pulu da həmin pula əlavə edərək 12000 manat pulu Naziləyə vermişdir. Bu söhbətdən 4-5 gün sonra Nazilənin mobil nömrəsinə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Bundan sonra Nazilədən pulunu tələb etdikdə digər Cavabdeh2 ona bildirmişdir ki, pulu özü ödəyəcəkdir. Cavabdeh2 onun banka olan borcundan 1 ay 900 manat ödəmiş, lakin sonradan ödəməmişdir. Ona görə qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddia tələbi ilə tanışdır və iddia tələbini qəbul etmir. Cavabdeh1 onun qardaşı qızıdır. O, İddiaçı borca pul almamış və kiminsə borcunu ödəməsi barədə öhdəlik də götürməmişdir. İddiaçı Nazilədən onun yanında 7 dəfə hər həftə 2000 manat pul almışdır. Nazilənin iddiaçıya təxminən 2000 manat borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, həqiqətən də iddiaçıdan 2019-cu ildə ayrı-ayrı vaxtlarda 19000 manat və 12000 manat pul almışdır. Lakin 19000 manat pulu hər həftə 2000 manat ödəməklə qaytarmışdır. 12000 manat pulu isə iddiaçıda qalan qızılları ilə əvəzləmişlər. Minayədən pulları özü götürmüşdür. Cavabdeh1 sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh1 qarşı olan hissəsinə dair aşağıdakıları qeyd edir. Belə ki, Cavabdeh1 İddiaçı 2019-cu ildə ayrı-ayrı tarixlərdə iddiaçının övladlarını işə düzəltmək adı ilə 19000 manat və 12000 manat pul almışdır. Bunu məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərkən etiraf etmişdir. Bu işin mübahisəsiz halıdır. Lakin Cavabdeh1 iddiaçıdan aldığı 19000 manat pulu hər həftə 2000 manat ödəməklə qaytarmasını, iddiaçıdan aldığı 12000 manat pulu isə onun iddiaçıda qalan qızılları ilə əvəz etməsini, hal-hazırda iddiaçıya borcunun qalmamasını bildirsə də, borcunu qaytarmasına dair heç bir qəbzinin və ya əlavə sübutunun olmamasını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 İddiaçı 2019-cu ildə ayrı-ayrı tarixlərdə 19000 manat və 12000 manat pul almışdır. İddiaçı 19000 manat pulu iddiaçının övladlarını işə düzəltmək adı ilə almışdır. Lakin cavabdeh vədinə əməl etməmiş və həmin pulu iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və üzərinə götürdüyü vədini pozmuş və pul vəsaitini özündə qanunsuz saxlamışdır. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı 10 gündən bir qaytarmaq şərti ilə 19000 manat və 12000 manat pul almış, qeyd edilən əlyazma Cavabdeh1 tərəfindən imzalanmışdır. Cavabdeh imzanın ona məxsus olmasını təsdiqləmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsinə dair aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, pul münasibətləri İddiaçı ilə Cavabdeh1 arasında baş tutmuş, digər Cavabdeh2 ilə iddiaçı arasında heç bir pul münasibətləri mövcud deyildir. Cavabdeh2 İddiaçı borc pul alması və ya hər hansı bir borcu ödəməsi barədə öhdəlik götürməsi iş materialları və tərəflərin izahatları ilə təsdiq olunmur. Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. İddiaçı Cavabdeh2 qarşı iddia irəli sürməkdə əsas kimi göstərmişdir ki, adıçəkilən şəxs qohumu olan Nazilənin əvəzində pulu ödəyəciyini bildirmişdir. Cavabdeh2 məhkəmədə belə bir vəd vermədiyini söyləmişdir. Məhkəmə hesab edir ki, iddiaçının belə bir dəlili Cavabdeh2 qarşı irəli sürülmüş tələbin təmin olunması üçün yetərli deyildir. Ona görə bu hissədə iddia təmin oluna bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissədə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından iddiaçı və cavabdeh arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. AR MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı qanuni əsas və ya müqavilə olmadan ayrı-ayrı vaxtlarda aldığı cəmi 31000 manat pulu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 203 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Nazilə Arif qızı X1 Məmmədova qarşısında qanuni əsas və ya müqavilə olmadan alınaraq qaytarılmamış 31000 manat məbləğində pulu qaytarmaq öhdəliyi olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh1 31000 manat pul və 203 manat dövlət rüsumu olmaqla, cəmi 31203 (otuz bir min iki yüz üç) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 31000 manat pul və 203 manat dövlət rüsumu olmaqla, cəmi 31203 (otuz bir min iki yüz üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar