Məhkəmə qərarları › İş №2(015)-68/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-68/2024

10.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-68/2024 10.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat pulun və 126 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdeh onun yaxın qonşusudur. Cavabdeh ondan mağaza açmaq üçün 2021-ci ilin yanvar ayında ona məxsus evdə bir ay müddətinə 10000 manat borc pul almış və əvəzində 11000 manat verəcəyini bildirmişdir. Daha sonra kredit göturüb onun pulunu verəcəyini bildirmişdir. Sonradan ona 2022-ci ilin oktyabr ayında verdiyi 2000 manat pulu ona əvvəlcədən olan borcu ilə birlikdə qaytarması ilə əlaqədar vermişdir. Əvvəllər də cavabdehə pul verdiyi və cavabdehin də pulu qaytardığı üçün ona etibar edib 12000 manat borc pul vermişdir. Cavabdehə verdiyi 10000 manat pula dair kağıza imza etdirməmiş, lakin 2000 manatı kağızda imza etdirərək vermişdir. Cavabdehdən taxıl almış və aldığı 200 kq. taxılın pulunu sonradan ona vermişdir. Hazırda cavabdeh olan borcunu ödəmədiyindən, ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o iddiaçının ona qarşı olan 12000 manat borc tələbi ilə razı deyil. O, iddiaçıdan həyat yoldaşı ilə birlikdə 01 oktyabr 2022-ci il tarixdə notariusda 2000 manat pul götürmüşdür. İddiaçı ona demişdir ki, 2000 manat götürüsən, ancaq 10000 manata qol çək, lakin o nə qədər pul götürürlərsə ona qol çəkəcəklərini bildirmişdir. Həmin pulu ona qonşunun evində vermişdir. 2000 manat borc puldan iki dəfə 250 manat olmaqla 500 manat ödəniş etmişdir. Səhhətində problemlər olduğu üçün iddiaçıya olan borcunu tam qaytara bilməmişdir. İddiaçıya olan borcunun əvəzində çox sayda toyuq cücə və taxıl vermişdir. Hazırda iddiaçıya 1500 manat borcu var, həmin pulu da işləyən kimi ona hissə-hissə ödəyəcəkdir. Ona görə qeyd etdiklərini nəzərə alıb iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddiaçının cavabdehin ondan 10000 manat borc pul almasına dair aşağıdakıları qeyd edir, belə ki iş üzrə İddiaçı cavabdehə 2021-ci ilin yanvar ayında özünə məxsus evdə bir ay müddətinə 10000 manat borc pul verdiyini qeyd etmiş, lakin cavabdeh Sənəm Məlikova isə iddiaçıdan 10000 manat borc pul almadığını, iddiaçıdan yalnız 2022-ci ilin oktyabr ayının 1-də 2000 manat borc pul aldığını bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi CD diskə baxış keçirmiş, həmin səs yazılarında da iddiaçının cavabdehə 10000 manat pul verməsi öz təsdiqini tapmamışdır. İddiaçı cavabdehə 10000 manat pul verməsini desə də, ona 10000 manat pul verməsini təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddia tələbinin 2000 manat borc pul hissəsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh Sənəm Məlikova İddiaçı 2022-ci ilin oktyabr ayında 2000 manat borc pul almışdır. Bunu məhkəmə iclasında iştirak edən cavabdeh etiraf etmişdir. Bu işin mübahisəsiz halıdır. X4 iddiaçıdan aldığı 2000 manat borc puldan 500 manat qaytarmasını, hal-hazırda iddiaçıya 1500 manat borcunun qalmasını bildirsə də, borcundan qaytardığı 500 manat pula dair heç bir qəbzinin və ya əlavə sübutunun olmamasını bildirmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 2000 manat borc pul almış, cavabdeh həmin pulu iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də 2000 manat borc hissədə iddia əsaslı hesab olunur. İş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, iş üzrə Cavabdeh 2022-ci ilin oktyabr ayının 1-də İddiaçı 2000 manat borc pul almış və həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh həmin borc puldan 500 manat ödəniş etməsini qeyd etsə də həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. AR MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, iddiaçı cavabdehin ondan 2021-ci ilin yanvar ayında 10000 manat borc pul almasını qeyd etsə də, həmin pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 2000 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 126 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Sənəm Məlik qızı X1 Əliyeva qarşısında qaytarılmamış 2000 manat məbləğində borc öhdəliyi olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat pul və 126 manat dövlət rüsumu olmaqla, cəmi 2126 (iki min yüz iyirmi altı) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat pul və 126 manat dövlət rüsumu olmaqla, cəmi 2126 (iki min yüz iyirmi altı) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar