Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-695/2024 27.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 2100 manat ona məxsus pulun və 41,40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh pula ehtiyacı olduğu, maşın alacağı üçün və uşağının xəstə olmasını bildirərək ondan borc olaraq 1000 manat və xx.xx.2022-ci ildə 300 manat olmaqla borc almışdır. Cavabdeh ona bildirmişdir ki, onun heyvandan gələn gəlir pulunu da ona verəcəkdir. Daha sonra cavabdeh ondan 500 manat və 300 manat olmaqla 800 manat, ümumilikdə isə 2100 manat borc pul almışdır. Cavabdeh ondan 1300 manat pul alması barədə öz xətti və imzası ilə qəbzdə imzalamışdır. 800 manat pulu isə qəbzdən əlavə almışdır. Dəfələrlə cavabdehdən ona borcu olan verməli olduğu 2100 manat pulu ödəməsini tələb etməsinə baxmayaraq, o, borcunu ödəməkdən imtina edir. Bu barədə Ağstafa RPŞ-nə müraciət etsə də, müraciəti mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlər ilə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Ağstafa rayonu Eynallı kənd sakinidir. O, iddiaçıdan 13 faizlə 1300 manat borca pul almış və həmin pulu faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. Hətta o, bazarda satıcı işləyən zaman o, iddiaçıya dəfələrlə meyvə və əlavə pullar vermişdir. Onun iddiaçıya borcu yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 300 manat borc pul almışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı 1300 manat borc pul almış, cavabdeh həmin pulu iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 1000 manat, xx.xx.2022-ci il tarixdə isə 300 manat borc pul almışdır. Bu barədə tərəflər arasında əlyazma da mövcuddur. Bunu məhkəmə iclasında iştirak edən cavabdeh etiraf etmişdir. Bu işin mübahisəsiz halıdır. Lakin Cavabdeh iddiaçıdan aldığı 1300 manat borc pulu qaytarmasını, hal-hazırda iddiaçıya borcunun qalmamasını bildirsə də, borcundan qaytardığı pula dair heç bir qəbzinin və ya əlavə sübutunun olmamasını bildirmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddia qismən etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, iddiaçı cavabdehin ondan əlyazmadan əlavə 800 manat pul almasını qeyd etsə də, həmin pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübut mövcud deyildir və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 1300 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 41 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş məbləği 1300 manat təşkil etdiyindən həmin tələb üzrə ödənilməli olan 33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumu üçün ödənilmiş məbləğin qalığı olan 8 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Vüsal Ələkbər oğlu X1 Bağırov qarşısında qaytarılmamış 1300 manat məbləğində borc öhdəliyi olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 1300 manat pul, 33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1333,40 (bir min üç yüz otuz üç) manat (qırx qəpik) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat pul, 33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1333,40 (bir min üç yüz otuz üç) manat (qırx qəpik) manat pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumu üçün ödənilmiş məbləğin qalığı olan 8 manat iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-695/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-695/2024
27.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver