Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-71/2025 09.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız sayılması, sənədlərin köhnə vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 miras qalmış ünvan 1 ünvanında 0.3 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.5 kv.m yaşayış sahəsi 59 kv.m olan 3 otaqlı fərdi evini yeganə vərəsə olaraq vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Amma ki, iş üzrə cavabdehin vermiş olduğu iddia tələbi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-123/2019 saylı mülki iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, vəsiyyətnamə üzrə 3/6 hissədə, irsi transmissiya qaydasında 2/6 hissədə, cəmi 5/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh vərəsəlik paylarının müəyyən edilməsi və onlara həmin paylara uyğun müvafiq şəhadətnamələr verilməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin (015)-123/2019 saylı mülki iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsindən qarşı tərəf narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2054/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, miras əmlak İddiaçı 5/8 hissəsi, Cavabdeh isə 3/8 hissədə paylar müəyyən edilmişdir. Amma həmin paylar müəyyən edilənədək o, əmlaka vərəsəlik şəhadətnaməsinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışı əldə etmişdir. Hazırda isə həmin çıxarışla heç bir hüquqi əməliyyat aparmaq mümkün deyildir. Məhkəmə qətnaməsi olduğu üçün həmin çıxarış bütövlükdə miras əmlak onun payına düşdüyündən ləğv edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehın nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh, onun nümayəndəsinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz Əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Bundan başqa, qanunvericiliyə əsasən inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Məhkəmə hazırki mübahisə ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müraciəti mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyil, ona görə inzibati orqan olan Reyestr Xidmətinə qarşı İnzibati Məhkəmədə mübahisələndirilməlidir. Cavabdeh çıxarışın etibarsız sayılmasına cavab verən tərəf ola bilməz. İş üzrə iddiaçının çıxarışın etibarsız sayılması, sənədlərin köhnə vəziyyətinə qaytarılması tələbi ilə bağlı olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etməli, həmin orqan imtina etdiyi halda müvafiq iddia ilə İnizibati məhkəməyə müraciət etməli olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, İddiaçı Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız sayılması, sənədlərin köhnə vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalı, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.4, 170, 261.0.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız sayılması, sənədlərin köhnə vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-71/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-71/2025
09.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver