Məhkəmə qərarları › İş №2(015)-717/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-717/2024

06.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-717/2024 06.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manatın və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, o, subay olmaqla Rusiya Federasiyası vətəndaşıdır. Subay olduğundan və vətandaşlıq almaq üçün nikaha daxil olmaq zərurəti yaranmışdır. Bu səbəbdən tanıdığı Ağstafa şəhər sakini X1 onunla nikaha daxil olmaq üçün bir nəfər qadın tapmasını xahiş etmişdir. Valeh bildirmişdir ki, bi işlə onun həyat yoldaşı Rəna məşğul olur. O, tanışı - X5 vermək üçün 700 manat pul istəmiş, bundan sonra həmin qadınla əlaqə yaratsa da qadın onunla nikaha daxil olmağa razı olmamışdır. O, iradını bildirəndə, ona Sədaqət adlı şəxslə nikaha daxil ola biləcəyini və ondan yenidən 500 manat pul istəmişdir. O da həmin pulu vermişdir. Sonradan Sədaqət adlı şəxslə nikahı rəsmiləşdirmişdir. Lakin nikah pozulmuşdur. Sonradan ona məlum olmuşdur ki, ondan alınan pul ünvanına çatmamışdır. Cavabdehdən həmin pulu tələb etsə də müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu ifadə verib iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə yazılı etirazını göndərərək göstərmişdir ki, iddiaçının qeyd etdikdləri həqiqətə uyğun deyildir. İddiaçı ona pul verməmiş və iddaçının ərizəsində qeyd etdiyi hadisə olmamışdır. İddiaçı bu barədə polis şöbəsinə də şikayət vermiş, orada da eyni məzmunlu ifadə vermişdir. İddiaçının ona nikaha daxil olması barədə pul verməsinə dair heç bir sübutu yoxdur. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və şahidlərin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, qapılarda qabyuyan işlədiyi üçün çörək aldığı qadın iş olanda çağırmaq üçün ondan nömrəsini almışdır. Bir dəfə həmin qadın, yəni Rəna ona zəng edərək işlədiyi mağazaya çağırmış və ona bir kişi ilə evlənmək təklif etmişdir. O da razılıq verməmişdir. Səhərisi gün həmin kişini mağazada görmüş, kişi isə ona 500 manat bir, 200 manat bir pul verməsini və onunla evlənməyə hansı səbəbdən razı olmamasını bildirmişdir. O da saxta nikah bağlamaq fikiri olmadığını və pul almadığını bildirmişdir. Qeyd etdiyi kişi iddiaçı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, onu iddiaçı ilə mərhum bibisi oğlu X8 tanış etmişdir. Valeh ona kasıb olduğu üçün 500 manat müqavilində iddiaçı vətəndaşlıq alması üçün onunla nikaha daxil olmasını bildirmiş, o da razılaşaraq iddiaçı ilə nikaha daxil olmuşdur. Lakin ona həmin pul verilməmişdir. Sonradan iddiaçı Valehə ona vermək üçün 500 manat pul verməsini bildirmişdir. Nikah soradan pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında 1200 manat borc pul verməsini sübut etməlidir. Cavabdeh isə həmin halları inkar edərək iddia tələbini qəbul etməyib iddiaçıdan pul almamasını, iddaçının ərizəsində qeyd etdiyi hadisənin olmamasını və hal-hazırda onun iddiaçıya borcunun olmamasını bildirmişdir. İddiaçı qeyd etdiklərini təsdiq edəcək faktlara dair sübut kimi məhkəməyə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barəd qərarı təqdim etmişdir. Məhkəmə tərəfindən hazırki mübahisəyə dair həmin qərarın qəbul edilməsinə əsas olmuş iddiaçının şikayəti əsasında Ağstafa RPŞ-də aparılmış araşdırılma materialı tələb edilmiş və həmin material da öyrənilərkən məlum olmuşdur ki, araşdırılma zamanı nə Valeh, nə də Rəna iddiaçıdan pul almalarını etiraf etməmişlər. Həmin araşdırma zamanı iddiaçı izahatında 700 manat pul vəsaitini Rənaya, 500 manatı isə Valehə verdiyini göstərmişdir. Məhkəmədə isə iddiaçı hər iki pul vəsaitini Rənaya verməsini bildirmişdir. Bu izahatlar arasındakı ziddiyyətləri iddiaçı izah edə bilməmişdir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, adıçəkilən Valeh adlı şəxs vəfat etdiyindən iddiaçı hər iki məbləği Rənadan tələb etmək qərarına gəlmişdir. İddiaçının nə birinci, nə də ikinci dəfə pul verməsini təsdiq edəcək mötəbər sübutlar mövcud deyil. Minarə və Sədaqət adlı şəxslərin nikaha daxil olmaları üçün onlara pul verilməməsi, həmin pul vəsaitlərinin Rəna adlı şəxs tərəfindən qəbil edilməsi demək deyildir. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı X4 Cavabdeh 1200 manat pul verməsi öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Göründüyü kimi, hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında onların öz iradə ifadələrini əks etdirən müqavilə olmalıdır. Müqavilə olmadığından, hüquqi münasibətlər öhdəlikdən kənar ödənilmiş pulun əsassız varlanma qaydalarına uyğun olması kimi qəbul olunmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində öz tələbinin əsası kimi cavabdehlə aralarına borc müqaviləsi üzrə münasibətləri göstərmişdir. Qanunvericiliyə əsasən borc müqaviləsində, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa həmin müqavilə yazılı formada bağlanılmalıdır. Lakin həmin müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 32 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 32 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar