Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-730/2024 04.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment miqdarı artırılaraq hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat məbləğində aliment Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə 2006-cı il tarixində qeyri-rəsmi ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Aytac və xx.xx.2010-cu il təvəllüdlü Anar adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan ailə münasibətləri pozulduğundan 2015-ci ildə nikahları pozulmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(015)- 2065/2015 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində hər uşaq üçün 108 manat, 15 iyul 2020-ci il tarixli 2(015)-520/2020 saylı qətnaməsinə əsasən isə hər bir uşaq üçün 140 manat aliment təyin edilmişdir. Uşaqlarının artan tələbatını ödəməkdə çətinlik çəkdiyi üçün alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, əmək qabiliyyətinin əvvəlki kimi yaxşı deyil, evdə yaşlı anasına baxır, hal-hazırda ailəlidir. Kənd çayxanasında işləyərək az miqdarda məvacib alır. İddiaçının tələb etdiyi məbləğ çoxdur, onu ödəməyə heç cürə imkanı çatmır. Ona görə də aliment miqdarını bu hallara uyğun təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Ağstafa Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(015)-520/2020 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (uşaqların atasından) hər ay iddiaçının (uşaqların anasının) xeyrinə hər uşaq üçün 140 (bir yüz qırx) manat cəmi 280 manat məbləğində aliment tutulması qət edilmişdir. Mülki işin materiallarından müəyyən olunur ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 valideynləridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşağın həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 1 il bundan əvvəlki, yəni 2023-cü ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Uşaqlar böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. İddiaçı cavabdehdən tutulacaq alimentin miqdarının 235 manat müəyyən edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, aliment hər uşağa 160 manat olmaqla cəmi 320 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağa 160 manat olmaqla cəmi 320 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və hesab edir ki, alimentin miqdarının hər ay bir uşağa 160 manat olmaqla cəmi 320 manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. İddiaçı alimentin artırılması tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9..1.2-ci maddələrinə əsasən 58,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(015)-520/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay bir uşağa 160 manat olmaqla cəmi 320 manat (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 58,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-730/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-730/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver