Məhkəmə qərarları › İş №2(015)-731/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-731/2024

15.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-731/2024 15.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh 834,00 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Daşkəsən şəhəri H.Əliyev küçəsində kiçik sahibkarlıqıa məşğul olur. İcarəyə görürdüyü mağazada mobil telefonlar,qızıl-zinət əşyaları və paltar satışı ilə məşğuldur. Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Cavabdeh uzun müddətdir taniyir. O, Daşkəsən rayonunda yerləşən 191 saylı Hərbi hissədə hərbi qulluqçu olaraq işləyirdi. Cavabdeh onun mağazasına gedərək nisyə dəyəri 1.000 (min) manat olan qızıl-zinət əşyası götürmüşdür. Həmin qızılın dəyərindən 166 manat ödəniş etmiş, qalan 834 manat puldan heç bir ödəniş etməmişdir. Cavabdehlə qızıl-zinət əşyasının alqı-satqı müqaviləsi bağlanılsada lakin heç bir ödəniş edilməmişdir. Cavabdehdən 834 manat məbləğində pulun və yaxud aldığı həmin qızıl-zinət əşyasının geri verilməsini istəyir. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfin bildirdiyinə görə 1.000 manat məbləğində pulun 166 manatı cavabdeh tərəfindən qaytarılmış, 834 manatı isə indiyə kimi qaytarılmamışdır. 77177 nömrəli qızıl-zinət əşyasının alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 166 manat ödəməklə, 6 ay müddətinə 10 qram çəkidə, 1.000 manat dəyərində qızıl qolbağı kredit şərti ilə təhvil verilmişdir. Cavabdeh tərəfindən yazılmış, xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir: “Mən, Cavabdeh, İddiaçı 10 qram çəkidə olan qızıl qolbağını 06 ay müddətinə hər ay 166 manat ödəmək şərti ilə götürdüm.” 834 manat məbləğində pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdehin özü məhkəmə iclasına gəlməmiş, 834 manat məbləğində pulu iddiaçıya qaytarması barədə Məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdehin üzərinə düşür. Lakin mülki işdə cavabdehin 834 manat məbləğində öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddiaçı mühabrivə veteranı olduğundan “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20ci maddəsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Odur ki, MPM-in 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 834 (səkkiz yüz otuz dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar