Məhkəmə qərarları › İş №2(015)-74/2023

Ağstafa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(015)-74/2023

29.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-74/2023 29.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsi əsasında aparılmalı olan təmir və tikinti işlərinin keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, həmin müqavilə əsasında xidmət haqqı kimi ödənilmiş pul vəsaitlərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərə görə 6.000 manat məbləğində pulun, mənəvi zərərə görə 5.000 manat məbləğində təzminatın, xx.xx.2022-ci il tarxli podrat müqaviləsi əsasında əmək haqqı olaraq cavabdehə ödənilmiş 15.000 manat məbləğində pulun, habelə ödənilmiş 168 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanda yerləşən evdə bütün növ təmir və tikinti işlərini (palıd parket döşəməsinin vurulması, sıyrılması və laklanması, divarların “Ağdağ” gips suvağı ilə hamarlanaraq emusiyalanması, tavanın alçıpanla örtülməsi və hamarlanaraq emusiyalanması, evin çöl divarlarının və evin yerləşdiyi torpaq sahəsinin dörd tərəfinə çəkilmiş barılarının müxtəlif növ “kabançik” adlanan daşlarla üzlənməsi, həmin barıların üstünə vurulmuş dam örtüyünün alt hissəsinin bağlanması və s.) xx.xx.2022-ci il tarixədək başa çatdırmağı, həmin müddətdə işləri keyfiyyətli və vaxtında yerinə yetirərək, ona təhvil verməyi barədə öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh qeyd olunan təmir və tikinti işlərinin aparılmasına görə əmək jaqqı olaraq 15.000 manat məbləğində pul nəğd şəklində ödənilmişdir. Buna baxmayaraq cavabdeh qeyd olunan podrat müqaviləsi əsasında üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, yəni tikinti materiallarından yanlış istifadə etməsi, təmir və tikinti işlərinin keyfiyyətsiz aparılması və vaxtında yerinə yetirməməsi nəticəsində ona həm maddi həm də mənəvi zərər vurmuşdur. İşin bu faktiki hallarını təsdiq edən kifayət qədər mötəbər sübutlar da mövcuddur. Bunlar ayrı-ayrı vaxtlarda tərtib olunmuş aktla, evin fotoşəkilləri və videogörüntülərini əks etdirən videodiskdir. Cavabdeh tərəfindən ona ümumilikdə 6.000 manat məbləğində maddi zərər vurulmuşdur. Ona görə də Cavabdeh vurulmuş maddi zərərə görə 6.000 manat məbləğində pulun, mənəvi zərərə görə 5.000 manat məbləğində təzminatın, xx.xx.2022-ci il tarxli podrat müqaviləsi əsasında əmək haqqı olaraq cavabdehə ödənilmiş 15.000 manat məbləğində pulun, habelə ödənilmiş 168 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2022-ci il tarixli Podrat müqaviləsindən görünür ki, podratçı ünvan 2 ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən başlayaraq bütün növ təmir və tikinti işlərinin (palıd parket döşməsinin vurulması, sıyrılması və laklanması, divarlrın ağdağla hamarlanaraq emusiyyalanması, tavanın alçipanla örtülərək hamarlanıb emusiyyalanması və s. təmir tikinti işlərini) xx.xx.2022-ci il tarixədək başa çatdırmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsində qeyd olunub ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki mülki iş üzrə sifarişçi İddiaçı razılaşdırılmış muzdu podratçı Cavabdeh ödəsə də, podraçı Cavabdeh nəzərdə tutulan işi icra etməmişdir. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin olunmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli, iddiaçıya əmlak zərəri vurması, bununla da iddiaçının əmlak hüquqlarını pozması iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Beləliklə, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 6.000 manat məbləğində pul, mənəvi zərərə görə 5.000 manat məbləğində təzminat, xx.xx.2022-ci il tarxli podrat müqaviləsi əsasında əmək haqqı olaraq cavabdehə ödənilmiş 15.000 manat məbləğində pul, habelə ödənilmiş 168 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar