Məhkəmə qərarları › İş №2(015)-757/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-757/2024

24.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-757/2024 24.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Məlum olduğu kimi, 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş mövcud qanunvericiliyə əsasən məhkəməyə verilən iddia ərizələrinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənməli, məhkəməyə iddia ərizəsi verilməsi üçün qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilmədiyində hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Göründüyü kimi, İddiaçı iddia tələbi qiymətləndirilən iddia olmaqla iddia qiyməti 1000 manatadək olduğundan 30 manat dövlət rüsumu ödəməli olduğu halda, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində cavabdehin yaşayış yeri kimi sadəcə Ağstafa rayonu qeyd edilmiş, onun qeydiyyat və yaşayış yeri barədə məlumat tam olaraq qeyd edilməmişdir. Belə ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan “X1 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddələrinin tələblərinə əsasən, məhkəməyə verilən iddia ərizələrinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət manat dövlət rüsumu ödənilir. Mülki Prossesual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, həmçinin, iddiaçıya izah edilməlidir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəyib və bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edərək, həmçinin iddia ərizəsində qeyd edilən nöqsan aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 150-152, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı izah olunsun ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəyib bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edərək, həmçinin iddia ərizəsində qeyd edilən nöqsan aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar