Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-759/2024 10.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhər Probasiya İdarəsi xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təhvil verilmiş avadanlığın 2.277,40 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir heab: AZ66CTRE**********0002*07*3*, səviyyə kodu: *42330, valyuta azn, VÖEN: *70044639*) köçürülməsi haqda qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Sarıyev X* Rayon Məhkəməsinin *(0*5)-39/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və yaşayış yerinin hüdudlarını cəzaçəkmə müddəti ərizəndə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.Məmmədov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün 35654543 nömrəli mobil nəzarət qurğusu, 078CE28839 nömrəli qabaq, Attenli elektron nəzarət vasitəsinin komplekti (mobil qurğu, mobil qurğunun enerji adapteri, elektron qolbaq və elektron nəzarət vasitəsinin istifadə qaydasına dair təlimant kitabçası məhkum hazırki iş üzrə Cavabdeh işlək və yararlı vəziyyətdə tətbiq edilərək təhvil verilmişdir). Bu nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 7(0*5)-*3/2023 saylı *3.07.2023-cü il tarixli qərarına əsasən Cavabdeh yaşayış yeri bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi V y/s, ev 8 mənzil 2-də yerləşən ərazisinə dəyişdirilmişdir. Məlum hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş və ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı Şəhər Probasiya İdarəsinə göndərilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nəticəsində müəyyən olunmuşdur ki, qurğuya müdaxilə olunmuş, enerji yuvasısahəsində qaynaq işi görülmüşdür. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Ona görə də ona təhvil verilmiş avadanlığın təmiri mümkün olmadığı, istifadəyə tam yararsız etdiyi üçün ondan dəyəri 2.277,40 manat məbləğində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir heab: AZ66CTRE**********0002*07*3*, səviyyə kodu: *42330, valyuta azn, VÖEN: *70044639*) köçürülməsi haqda qətnamə qət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə məktub göndərərək məhkum Cavabdeh barəsində maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə keçiriləcək məhkəmə baxışının icra məmurunun iştirakı olmadan keçirilərək baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Sarıyev X* Rayon Məhkəməsinin *(0*5)-39/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir və ona xx.xx.2022-ci il tarixdə 35654543 nömrəli mobil nəzarət qurğusu tətbiq edilmişdir. İş materallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli texniki rəydə müəyyən olunmuşdur ki, texniki baxış zaman nəzarət subyektinə təhkim olunmuş 35654543 nömrəli, Attenli V6 mobil qurğunun enerji yuvası sahəsində qaynaq işi görülüb, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə ünvanlanmış 29.07.202*-ci il tarixli, ED-M-№ 96-2* nömrəli məktubuna əsasən Cavabdeh iddiaçının qarşısında vurduğu ziyanlığa görə 2.277,40 manat icra edilməmiş pul öhdəliyi vardır. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 aprel 20*8-ci il tarixli, *44 nömrəli qərarının 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2*.*-ci və 2*.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək uçun çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa duşulur. Mülki Məcəllənin *097.*-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin ***5-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun əvəzi olaraq 42,78 manat məbləğində pul MPM-in **9.*-ci maddəsinə əsasən cavabdehdən dövlət büddəcinə köçürülməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.277,40 manat pul tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir heab: AZ66CTRE**********0002*07*3*, səviyyə kodu: *42330, valyuta azn, VÖEN: *70044639*) köçürülsün. İddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun əvəzi olaraq 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət bücəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-759/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-759/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver