Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-76/2025 10.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53000 manat pulun və 209 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı həmkəndlisidir. Cavabdeh atası ilə birlikdə mebel düzəldilməsi və quraşdırılması işlərini görürür, həmçinin avtomobillərin alqı-satqısı ilə də məşğul olur. Cavabdeh 2023-cü ilin sentyabr ayında ona müraciət edərək həm biznesini böyütmək, həm də maşın alıb gətirmək üçün pul lazım olduğunu bildirmişdir. İşlərini tez bir zamanda qaydaya saldıqdan dərhal sonra pulunu qaytaracağına söz vermiş, ona üç dəfəyə 36000, 12000 və 5000 manat olmaqla, ümumilikdə 53000 manat pul borc almışdır. Həmin pulu alarkən həmkəndlisi yanında olmuş, pulu ona verdiyinə şahid olmuşdur. Cavabdeh pulu aldıqdan sonra tez bir zamanda işlərini yekunlaşdırıb borcunu qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət edilmişdir.
Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı, şahidi olduğunu, lakin məhkəmə iclasına gələ bilmədiyini bildirərək, iddia tələbini müdafiə edib, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh həqiqətən cavabdehdən 25000 manat pul aldığını, lakin həmin puldan rəsmi qaydada deyil, 10000 manatı hissəsini anası və qardaşı vasitəsilə göndərdiyini, 3000 manat və 2000 manat olmaqla ayrı-ayrılıqda ödəniş etdiyini, daha sonra isə hissə-hissə ödənişlər etdiyini və hazırda iddiaçıya cəmi 3000 manat borcu qaldığını bildirdi. Lakin borcunu qaytararkən yazılı formada rəsmiləşdirməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş disklərdə iddiaçıya 36000 manat borcunun olması barədə deyilənlər hamısı yalandır, iddiaçı özündən əsassız faizlər hesablamışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, cavabdeh onun oğludur. İddiaçını uzun zamandır ki tanıyır. 10000 manat məbləğində pulu digər oğlu ilə İddiaçı evinə gedərək evində verib. Cavabdeh İddiaçı 3000 manat borcu qaldığını bildirdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, çay evində köməkçi işlədiyi zaman hər gün Mahirə xanımın ora gələrək gündəlik ödənişlər aldığını, konkret cəmi nə qədər məbləğdə və neçə müddət ödəniş etdiyini tam dəqiq bilmədiyini, lakin uzun müddət gündəlik müəyyən qədər məbləğdə ödənişləri özünün etdiyini bildirdi.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh məxsus mebel dükanında uzun zaman köməkçi kimi işləmiş, İddiaçı 4 ay faiz və borcundan ödənişlər etmiş, lakin cavabdehin iddiaçıya nə qədər ödənişlər etdiyini və iddiaçıdan nə qədər pul aldığını bilməmişdir.
8. Məhkəmə işdə tərəflərin izahatını və şahidləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
9. İş materiallarında olan disk və flaşkart tipli vasitələrdə olan səs yazılarından Cavabdeh İddiaçı borc pul aldığı öz təsdiqini tapmışdır.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 209 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Cavabdeh 25000 manat borc pul vermiş, cavabdeh həmin pulu hissə-hissə iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də, iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı Cavabdeh ayrı-ayrılıqda 36000, 12000 və 5000 manat olmaqla, ümumilikdə 53000 manat borc pul verməsini qeyd etsə də, həmin məbləğdə pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıdan 25000 manat borc pul almasını və həmin pulun 10000 manatını anası və qardaşı aparıb verdiyini, 3000 manatını bir 2000 manat isə ayrıca qaytarmasını qeyd etsə də həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıdan 25000 manat borc pul alması barədə etirafedici izahatını sübut kimi qəbul edir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
14. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc münasibətləri yaranmış, iş üzrə İddiaçı Cavabdeh ayrı-ayrılıqda 36000, 12000 və 5000 manat olmaqla, ümumilikdə 53000 manat borc pul verməsini qeyd etsə də, həmin məbləğdə pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıdan 25000 manat borc pul almasını və həmin pulun 10000 manatını anası və qardaşı aparıb verdiyini, 3000 manatını bir 2000 manat isə qaytarmasını qeyd etsə də, həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıdan 25000 manat borc pul alması barədə etirafedici izahatını sübut kimi qəbul edir.
20. Beləliklə, sadalanan maddi hüquq normalarını tətbiq edərək və işin məhkəmə tərəfindən müəyyən edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 25000 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 25000 (iyirmi beş min) manat pul alınaraq İddiaçı verilməlidir.
21. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 209 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən, yəni 25000 manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 165 manat dövlət rüsumu və Cavabdeh 25000 (iyirmi beş min) manat pul alınaraq İddiaçı verilməlidir.
24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat borc pul və 165 (yüz altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova