Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-796/2024 17.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsimim hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 18.000 manat məbləğində pulun və 144 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh həyat yoldaşı ilə tanışlığı olmuş və cavabdehidə bu səbəbdən tanımışdır. Borc istəyərkən 3 il müddətinə qaytaracağına söz vermişdir. Cavabdehin 18.000 manat borc pul istədiyini, pulu xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda borc müqaviləsi bağlayaraq xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüş lakin ödəməmişdir. Müqavilə bağlanılarkən cavabdehlə birlikdə vəkili, qohumlarıda iştirak etmişdir. Cavabdehin ümumilikdə 18.000 manat borcu vardır. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə qaydası olmadan mübahisənin həlli mümkün deyil. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. İş üzrə xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçını tanıyır, lakin müxtəlif şərtlərdə müqaviləni imzalamışdır. Notarial qaydada xx.xx.2017-ci il tarixdə imzalanan müqavilənin şərtləri ilə tanış olmadan imzalamışdır. Həmin məbləğ heç bir şəkildə ona çatmadığını, həbsdə olan həyat yoldaşı üçün istifadə olunduğunu bildirmişdir. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassızdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər 19 saylı notarial kontorunda xx.xx.2017-ci il tarixdə imzalanan Kredit müqaviləsində borc verən İddiaçı, borc alan Cavabdeh kimi qeyd edilmişdir. Belə ki, Ağstafa Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(015)-910/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-772/2023 nömrəli qərardadı ilə iddiaçının mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyini müəyyən etdiyindən, qətnamənin ləğv edilməsi və işin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı izahatında bildirir ki, o, cavabdehə xx.xx.2017-ci il tarixdən 18.000 manat məbləğində pul verimişdir. Göründüyü ki, iddiaçı tərəfindən cavabdehə 18.000 manat məbləğində pulun verilməsi sübut olunur. Cavabdeh isə borc alınmış pulun qaytarılması barədə sübutlar təqdim etməmişdir. İddiaçı bildirir ki, cavabdeh aldığı pulu qaytarcağı barədə üzərinə öhdəlik götürmüşdür, lakin yerinə yetirməmişdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, 47.750 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdedən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (yüz qırx dörd) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Zamiq Rasulov
Məhkəmə qərarları › İş №2(015)-796/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-796/2024
17.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver