Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-797/2024 04.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Ağstafa Bələdiyyəsinə və Ağstafa rayon Milli Arxiv İdarəsinə qarşı itirilmiş sənədlərin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda mərhum atası X* məxsus Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsi ev *4, mənzil * ünvanının sərhədində yerləşən 0,*77 ha torpaq sahəsinin itirilmiş sənədlərinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, maraqlı tərəf Ağstafa Bələdiyyəsinə və Ağstafa rayon Milli Arxiv İdarəsinə qarşı itirilmiş sənədlərin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin ərizəsinə baxılmasını istəmir. Ona görə də ərizəsinə baxılmadan geri qaytarılması barədə qərardada çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə *422*30* saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA450*30*040********** saylı hesaba *00 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizəçi ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, maraqlı tərəf buna etiraz etmədiyindən, ərizəçi İddiaçı maraqlı tərəf Ağstafa Bələdiyyəsinə və Ağstafa rayon Milli Arxiv İdarəsinə qarşı itirilmiş sənədlərin bərpa edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalı, ərizəçi İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə *422*30* saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA450*30*040********** saylı hesaba ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın **4.*.3, *70, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi İddiaçı maraqlı tərəf Ağstafa Bələdiyyəsinə və Ağstafa rayon Milli Arxiv İdarəsinə qarşı itirilmiş sənədlərin bərpa edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçi İddiaçı qaytarılsın. Ərizəçi İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə *422*30* saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA450*30*040********** saylı hesaba ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-797/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-797/2024
04.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver