Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-803/2024 26.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız sayılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 13 aprel 2015-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanda ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 39,5 kv.m olan yaşayış evi var. Həmin yaşayış evi onun şəxsi mülkiyyətində olduğu üçün cavabdeh şəxs olan övladı Cavabdeh ona bildirmişdir ki, onun həmin yaşayış evinə qeydiyyata aldırsın və evi ipotekaya qoymaqla kredit götürsün. Onun dediklərinə inanaraq Ağstafa rayon Notariat Ofisinə getmiş və zəruri sənədləri də aparmışdır. Qoca-ahil şəxs olduğundan nə normal görmə qabiliyyəti, nə də ki, normal eşitmə qabiliyyəti var. Bundan istifadə edən oğlu onun xüsusi mülkiyyətində olan evini bağışlama müqaviləsi əsasında bağışlanmasına nail olub, yəni etibarından sui istifadə etməklə onu aldatmışdır. Hazırda biri qız biri oğlan olmaqla iki övladı var. Buna baxmayaraq iş üzrə cavabdeh xx.xx.2015-ci il tarixdə onu aldatmaqla öz istəyinə nail olub və o, indi bilmişdir ki, ona məxsus olan yaşayış evini cavabdehə bağışlamışdır. Bu bağışlanma onun niyyətinə uyğun deyil, istəyinə uyğun gəlmir. Bağışlanma müqaviləsi iradəsindən asılı olmayan səbəblərdən baş verməsinə baxmayaraq cavabdeh bir ana olaraq ona diqqət göstərsə idi və onun bu yaşında qayğısına qalmış olsa belə etiraz etməz idi. Cavabdeh onu evdə tək qoyaraq uzun müddətdir Rusiya Federasiyasına getmişdir. Hətta zənglərinə belə cavab vermir. Özünün başqa mülkiyyəti, başqa yaşayış yeri yoxdur. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib, iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh məhkəməyə etiraz qeydlərini göndərərək göstərmişdir ki, İddiaçı onun anasıdır. Atası və anasının birgə nikahdan iki oğlu və bir qız uşaqları dünyaya gəlmişdir. Qardaşı vəfat etmişdir. Bacısı isə ailəlidir və ayrı təsərrüfatda ailəsi ilə birlikdə yaşayır. Mərhum qardaşı ilə onun birgə mülkiyyətində Bakı şəhərində yaşayış evləri olmuşdur. O, əvvəllər Bakı şəhərində zavodda işlədiyi üçün dövlət tərəfindən evlə təmin olunmuşdur. Bundan sonra o, ailəsi ilə birlikdə dövlət tərəfindən verilən evə köçmüşdür. Anası ona təklif irəli sürərək bildirmişdir ki, hazırki mübahisəli ev olan ünvan 1 ünvanında ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 39,5 kv.m olan yaşayış evini ona bağışlasın və əvəzində də qardaşı ilə birgə mülkiyyətlərində olan payından imtina etsin. Bundan sonra həmin yaşayış evi onda olan məlumata görə yüksək məbləğdə satılmış və həmin evə yaxın bir hissədən yaşayış evi alıb anası, mərhum qardaşı, onun həyat yoldaşı və qardaşının övladı həmin evə köçmüşdürlər. Anası iddia tələbində qeyd etmişdir ki, guya o, anasını aldadaraq evi ipatekaya qoyub kredit almaq adı ilə aldadaraq əldə etmişdir. Bundan başqa guya o, anasına qarşı laqeyid və diqqət göstərmir. Hazırda TİR sürücüsüdür və məcburiyyət qarşısında qalıb pul qazanmaq üçün ara-sıra Rusiya Federasiyasına yük aparır. Mübahisəli yaşayış evi artıq iki ildir ki, qızı X1 bağışlama yolu ilə mülkiyyətinə keçməsinə baxmayaraq anası İddiaçı istifadəsindədir. Anası da evi kirayəyə verməklə hər ay qazanc əldə edir. Bu günə kimi, onun və qızının buna dair narazılıqları olsa idi həmin evin kirayəyə verilməsinə mane olar, evə kiminsə daxil olmasına əngəl yaradardılar. Hazırki mübahisəni yaradan anasının yaşlı olmasından istifadə edən bacısının övladlarıdır. O, hər zaman anasına diqqət göstərmişdir və anasını çox sevir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı 13 aprel 2015-ci il tarixdə özünə məxsus ünvan 1 ünvanında ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 39,5 kv.m, yardımçı sahəsi 25 kv.m olan yaşayış evini oğlu Cavabdeh bağışlamış, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Ağstafa Rayon Notariat Ofisində rəsmiləşdirmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh 12 iyul 2022-ci il tarixdə özünə məxsus Ağstafa şəhəri, 20 Yanvar küçəsi ev 18 ünvanında yerləşən yaşayış evini qızı X2 bağışlamış, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Tovuz Regional “ASAN xidmət” mərkəzi Notariat ofisində rəsmiləşdirmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa şəhəri, 20 Yanvar küçəsi ev 18 ünvanda yerləşən yaşayış evi X1 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ağstafa Rayon Notariat Ofisində bağlanmış 13 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı özünə məxsus ünvan 1 ünvanında ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 39,5 kv.m, yardımçı sahəsi 25 kv.m olan yaşayış evini oğlu Cavabdeh bağışlamışdır. Bundan sonra Cavabdeh 12 iyul 2022-ci il tarixdə özünə məxsus Ağstafa şəhəri, 20 Yanvar küçəsi ev 18 ünvanında yerləşən yaşayış evini qızı X2 bağışlamış, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Tovuz Regional “ASAN xidmət” mərkəzi Notariat ofisində rəsmiləşdirmişlər. Qeyd edilən edilən bağışlama müqaviləsindən sonra xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa şəhəri, 20 Yanvar küçəsi ev 18 ünvanında yerləşən yaşayış evi X1 adına qeydiyyata alınmışdır. Hal-hazırda mübahisəli yaşayış evi sonuncuya məxsusdur. İş üzrə iddiaçı qoca-ahıl şəxs olduğundan nə normal görmə qabiliyyəti, nə də ki, normal eşitmə qabiliyyətinin olmamasını, bundan istifadə edən oğlunun onun xüsusi mülkiyyətində olan evini bağışlama müqaviləsi əsasında bağışlanmasına nail olub, yəni etibarından sui istifadə etməklə onu aldatmasını qeyd edərək xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. xx.xx.2022-ci il tarixli çıxarışın surətindən göründüyü kimi, bəxşiş olunan ev sonradan bəxşiş əsasında X3 verilmiş və sonuncuya bu barədə çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. MM-nin 673.3-ci maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Qeyd olunan maddənin məzmununa görə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozması halında bəxşiş müqaviləsinin ləğvinə əsaslar yaranmış olur. Yəni qanunverici bu öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını əsas kimi nəzərdə tutmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 ifadə verərək iddiaçının mülkiyyətində olan yaşayış evini iddiaçının şəxsi mülkiyyətində olduğu üçün cavabdeh şəxs olan övladı Cavabdeh ona bildirmişdir ki, onun həmin yaşayış evinə qeydiyyata aldırsın və evi ipotekaya qoymaqla kredit götürsün. İddiaçı onun dediklərinə inanaraq Ağstafa rayon Notariat Ofisinə getmiş və zəruri sənədləri də aparmışdır. Qoca-ahil şəxs olduğundan nə normal görmə qabiliyyəti, nə də ki, normal eşitmə qabiliyyəti olmadığından, bundan istifadə edən oğlu onun xüsusi mülkiyyətində olan evini bağışlama müqaviləsi əsasında bağışlanmasına nail olub, yəni etibarından sui istifadə etməklə iddiaçını aldatmasını bildirmişdir. Göründüyü kimi İddiaçı öz iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan yaşayış evini oğlu Cavabdeh bağışlama müqaviləsi əsasında bəxşiş etmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iddia tələbinin bu dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qeyd olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, məcburetmənin (zorakılıq və ya hədələmə) üçüncü şəxs tərəfindən həyata keçirilməsi əqdin bilavasitə etibarsız hesab edilməsi üçün əsas deyildir, burada bu halların mövcud olduğunu hesab edən şəxsin əqdi yalnız mübahisələndirmək hüququ yaranır. Odur ki, iddiaçı hazırda cavabdeh olan oğlu tərəfindən aldadılmasını sübuta yetirməyə borcludur. Lakin iş materiallarından görünür ki, iddiaçı, baxşiş etdiyi ev onun yaxın qohumu, yəni oğlu olmaqla sonuncunun onu aldatması ilə bağlı xx.xx.2015-ci il tarixdən hal-hazıradək heç bir orqana müraciət etməmiş və bəxşiş etdiyi əmlakdan imtina etməmişdir. Sözügedən aladadılma hallarının mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut isə iş materiallarında mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ağstafa Rayon Notariat Ofisində bağlanmış 13 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı özünə məxsus ünvan 1 ünvanında ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 39,5 kv.m, yardımçı sahəsi 25 kv.m olan yaşayış evini oğlu Cavabdeh bağışlaması, bundan sonra Cavabdeh 12 iyul 2022-ci il tarixdə özünə məxsus Ağstafa şəhəri, 20 Yanvar küçəsi ev 18 ünvanında yerləşən yaşayış evini qızı X2 bağışlaması, həmin bağışlama müqaviləsi ilə hər iki tərəf razı olduğundan müqaviləni imzaları ilə təsdiq edərək Tovuz Regional “ASAN xidmət” mərkəzi Notariat ofisində rəsmiləşdirməsi, qeyd edilən edilən bağışlama müqaviləsindən sonra xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa şəhəri, 20 Yanvar küçəsi ev 18 ünvanında yerləşən yaşayış evinin X1 adına qeydiyyata alınması, hal-hazırda mübahisəli yaşayış evinin sonuncuya məxsus olması məhkəmə iclasında öz təsdiqini tapdığından, iddiaçının istinad etdiyi bağışlama müqaviləsinin onun iradə ifadəsinə zidd olaraq bağlanılması, onun aldanıılaraq mülkiyyətində olan əmlakından cavabdehin xeyrinə imtina etdirilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında özü təsdiqini tapmadığından iddia təmin oluna bilməz. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-803/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-803/2024
26.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver