Məhkəmə qərarları › İş №2(015)-816/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-816/2023

25.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-816/2023 25.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun məcburi qaydada qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1.500 manat əsas borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh müəyyən arzuolunmaz yoldaşlar sayəsində Ağstafa rayonunda yerləşən Bizim market adlı yerdə tanımış və həmin vaxt cavabdeh ona bildirdi ki, ona iki saatlıq 200 manat borc pul lazımdır. O, cavabdehə bildirdi ki, “götür mənim telefonumu mənim katrımdan öz kartına 200 manat pul vur cavabdeh puluvuranda baxmışdır ki, kartından öz hesabına 1.500 manat pul göndərmişdir. Cavabdehə demişdir ki, niyə belə etdin, cavabdeh isə ona eybi yox onsuzda 2 saatdan sonra geri ödəyəcəkdir. Bundan sonra isə cavabdeh başladı müəyyən bəhanələr gətirməyə və ondan bir həftə möhlət istədi, sonra isə bildirdi ki, ona verilməsi pulu vermədikləri üçün həmin şəxslər barəsində o, polisə yəni Ağstafa Rayon Polis Şöbəsinə cinayət axtarış şöbəsinin rəisi Araz adlı şəxsə müraciət etmiş və Araz müəllimlə danışandan sonra ona məlum oldu ki, heç bir müraciət olunmamışdır. Ona görə də Ağstafa Rayon Polis Şöbəsinə müraciət etmiş və polis şöbəsində öz hesabından pulun kimin hesabına göndərilməsi barədə sənədləri əlavə etmiş, cavabdehin polis şöbəsində pulu ona hissəli şəkildə ödəyəcəyi barədə izahatları mövcuddur. Ona görə də Cavabdeh onun xeyrinə 1.500 manat əsas borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, iddia tələbində qeyd olunan 1.500 manat iddiaçının öz razılığı ilə onun kartına köçürmüşdür. Həmin pulu hissə-hissə qaytaracaqdır. Ona görə də iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçıya borclu olmasının cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının Cavabdeh qarşı irəli sürdüyü tələb əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar