Məhkəmə qərarları › İş №2(015)-83/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-83/2025

22.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-83/2025 22.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X*0 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə* və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçi İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Cavabdeh2nə və "xxxx" ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli, 8İ-*7*4 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə* iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, nümayəndəsi olduğu iddiaçı Emil Bəhrəm oğlu X* "xxxx" ASC-dən kredit götürən zaman ona zamin durmuşdur. X2 vəfat etdiyi üçün kreditin ödənilməsi nümayəndəsi olduğu şəxsə yönəldilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunur ki, kredit müqaviləsi bağlanan zaman “Paşa Həyat” sığorta müqaviləsi də bağlanmış və bu barədə sığorta şəhadətnaməsi də verilmişdir. Həmin sığorta müqaviləsinə əsasən sığorta olunan öldükdə sığorta onun banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq sığorta şirkəti həmin məbləği ödəməkdən imtina edir. Əsas olaraq sığorta şirkəti göstərmişdir ki, guya X2 xəstəliyini sığorta şirkətinə bəyan etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddiaçı icra qeydinin ləğvini tələb edir. Hesab edir ki, icra qeydi qanuni şəkildə verildiyi üçün həmin hissədə təmin edilməməlidir. Çünki icra qeydi xx.xx.2024-cü il tarixində verilmiş, X2 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Göründüyü kimi, icra qeydi verilən zaman X2 sağ olmuşdur. İddiaçı sığorta ilə bağlı ayrıca sığorta şirkətinə qarşı iddia qaldıra bilər. Nümayəndəsi olduğu cəmiyyət “Paşa Həyat” sığorta şirkətinə müraciət etmiş, lakin sığorta şirkəti tərəfindən imtina verilmişdir. Buna səbəb göstərmişdilər ki, Ağstafa Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş arayışa əsasən 0*.02.2022-ci il və xx.xx.2022-ci il tarixində MRT müayinəsi nəticəsində “qaraciyərdə siroz lehinə dəyişiklik, portal hipertenziya” aşkar edilmişdir və bu hal sığorta şirkətində gizlədilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Ağstafa Rayon Notariat Ofisinə və Cavabdeh2nə rəsmi məlumat verilməsinə baxmayarq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 ilə Cavabdeh3 ASC arasında bağlanılmış İK 538-S/AZN-22 saylı kredit müqaviləsi üzrə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Yavər Məmmədov bir müddət müqavilə üzrə götürdüyü borcdan ödəniş etsə də, sonradan qalıq *3454,09 manat əsas, *967,5* manat cərimə borcunu ödəməkdən yayınmışdır. Bu barədə ona rəsmi xəbərdarlıq məktubları göndərilsə də heç bir müsbət nəticə əldə edilmədiyindən icra qeydinin verilməsi üçün Ağstafa rayonu Notariat Ofisinə müraciət edilmiş və borcun Yavər Məmmədovdan və onun zamini olan İddiaçı tutulması barədə xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə iddiaçı iddia ərizəsində kredit müqaviləsi bağlanan zaman “Paşa Həyat” sığorta müqaviləsi də bağlanmış və bu barədə sığorta şəhadətnaməsi də verilməsini, həmin sığorta müqaviləsinə əsasən sığorta olunan öldükdə sığorta onun banka olan borcunu ödəməyi öhdəsinə götürməsini bildirmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Yavər Məmmədov xx.xx.2024-cü il tarixdə ölmüşdür. İcra qeydi isə onun sağlığında xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, icra qeydi verilərkən borclu sağ olmuş və tələbkarın sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərilmiş bildirişdən sonra onun müraciəti nəzərə alınaraq qanunverciliyin tələblərinə əsasən müvafiq icra qeydi verilmişdir. Məhkəmə iddia tələbi üzrə tətbiq olunmalı maddi hüquq normalarına aid hissədə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın *6*-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın *62-ci maddəsinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi, mübahisələndirilən icra qeydi verilən zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-77 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın *6*-*62-ci maddələrinin tələbləri pozulmamış, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq əsas öhdəliklər üzrə icra müddətinin bitməsindən üç illik iddia müddəti keçməmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi formada bildiriş göndərmişdir. Qeyd olunur ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sığorta münasibətlərinə aiddir ki, bu münasibətlər icra qeydi verilməsindən sonra yaranmışdır. İcra qeydinin ləğvinə dair iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Cavabdeh2nə və "xxxx" ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Cavabdeh2nə və "xxxx" ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar