Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-86/2025 13.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Ağstafa rayon Notariat Ofisinə, BOKT "xxxx" MMC-yə, maraqlı tərəf Cavabdeh3nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə reyesterdə 8İ-*596 nömrəsi ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıyev X* rayon Notariat Ofisinvə BOKT «"xxxx"» MMC ilə kredit müqaviləsi bağlamış, Q-027-KOS/AZN-202* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2008,83 manat, bundan əlavə 686,82 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 2720,65 manat tutularaq cavabdehə ödənilməsi təklif edilmişdir. Hazırda icra qeydi ilə ümumilikdə 2720,65 manat tələb olunsa da, bu günə qədər ümumilkdə banka pul ödənişləri olmuşdur. Bundan başqa üzərinə haqsız olaraq cərimələr də yüklənmişdir. Bu halı sübut edəcək əlində kifayət qədər sübutları mövcuddur. Belə ki, bu günə qədər olan ödənişləri nəzərə alınmamışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, icra qeydi düzgün tərtib olunmamışdır. Həmçinin mübahisənin məhkəmədən kənar həllinə heç bir təşşəbüs göstərilməmişdir. Hazırda icra qeydi ilə ümumilikdə 2720,65 manat tələb olunsa da bu günə qədər ümumilkdə banka pul ödənişləri etmişdir. Bundan başqa üzərinə haqsız olaraq cərimələr də yüklənmişdir. Bu halı sübut edəcək əlində kifayət qədər sübutları mövcuddur. Belə ki, bu günə qədər olan ödənişləri nəzərə alınmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Ağstafa rayon Notariat Ofisinə, BOKT "xxxx" MMC-yə, maraqlı tərəf Cavabdeh3nə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisinin 8İ-*596 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, İddiaçı ilə BOKT "xxxx" MMC arasında bağlanılmış Q-027-KOS/AZN-202* nömrəli müqaviləyə əsasən İddiaçı 2008,83 manat əsas, 686,82 manat cərimə və 25 manat dövlət rüsumu olmaqla cəmi 2720,65 manat BOKT "xxxx" MMC-nin xeyrinə tutulmuşdur.
8. İş materiallarında olan Cavabdeh3 27.**.2024-cü il tarixli məktubundan görünür ki, Ağstafa Rayon Notariat Ofisinin 8İ-*596 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlanılmış, borclu tərəfindən tələb təmin edilməmiş, ondan tələbin yönəldilə biləcəyə əmlak və gəlirlər aşkar edilməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Ağstafa Rayon Notariat Ofisinin 8İ-*596 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən İddiaçı ilə BOKT "xxxx" MMC arasında bağlanılmış Q-027-KOS/AZN- 202* nömrəli müqaviləyə əsasən İddiaçı 2008,83 manat əsas, 686,82 manat cərimə və 25 manat dövlət rüsumu olmaqla cəmi 2720,65 manat BOKT "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. İş üzrə İddiaçı ödənişlər etməsini, lakin kreditor tərəfindən etdiyi ödənişlər nəzərə alınmadan ondan artıq məbləğdə pul tutulmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir ödəniş qəbzləri və mötəbər sübut təqdim etməmişdir. Əksinə Cavabdeh3 27.**.2024-cü il tarixli məktubundan görünür ki, Ağstafa Rayon Notariat Ofisinin 8İ-*596 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən xx.xx.2024-cü il tarixdə icraata başlanılmış və icra işi Cavabdeh3 icraatındadır. İcra sənədi üzrə borclu İddiaçı tərəfindən tələb təmin edilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. *2. Həmin Qanunun 77-ci maddəsinə icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın *6*-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. *3. Həmin Təlimatın *62-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
14. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
15. Göründüyü kimi, mübahisələndirilən icra qeydi verilən zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-77 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın *6*-*62-ci maddələrinin tələbləri pozulmamış, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq əsas öhdəliklər üzrə icra müddətinin bitməsindən üç illik iddia müddəti keçməmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi formada bildiriş göndərmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
16. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Həmin Məcəllənin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Ağstafa rayon Notariat Ofisinə, BOKT "xxxx" MMC-yə, maraqlı tərəf Cavabdeh3nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova