Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-88/2025 19.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 (doqquz min beş yüz) manat pulun birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, 2023-cü ilin fevral-mart aylarında Cavabdeh iş qurmaq məqsədi ilə İddiaçı 8 aya qaytarmaq şərti ilə 9500 manat borc pul almışdır. İddiaçı ilk əvvəl pulu vermək istəməmiş, lakin sonradan cavabdehin rəsmi iş yeri olduğu üçün ona inanıb, özünə ev tikdirmək üçün yığdığı pulu götürüb cavabdehə vermişdir. Lakin pulun verilməsindən 8 ay keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamış, iddiaçı cavabdehdən pulunu istədikdə isə cavabdeh maşınını və ya evini sataraq pulu qaytaracağını bildirmişdir. İddiaçı evini tikdirən ərəfədə cavabdehin pulu qaytarmadığını görüb başqa bir şəxsdən borc pul almış, cavabdeh də ona bildirmişdir ki, o, həmin pulu borcu olan şəxsə ödəyəcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq Cavabdeh 9500 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, o, məhkəmənin elektron poçt ünvanında ərizə göndərərək bildirmişdir ki, o, İddiaçı ayrı-ayrı vaxtlarda sələm şəklində 8500 manat vəsaiti hər ay 15 faiz olmaqla götürmüşdür. 3 il müddətində həm faizlər, həm də əsas məbləğlə birlikdə 32000 manat vəsaiti ödəmişdir. Həmin dövrlərdə ona məxsus məvacib kartı, atasına məxsus pensiya kartı, keçmiş həyat yoldaşına məxsus məvacib kartlarından İddiaçı hər ay olmaqla ayda 1800 manat vəsaiti özü şəxsən bankomatlardan məxaric etmişdir. Bundan başqa müxtəlif vaxtlarda İddiaçı qızı X1 adına olan Kapital banka məxsus olan karta hər ay ödənişlər etmişdir. Bunu sübut edəcək kifayət qədər qaimələr mövcuddur. Bundan sonra İddiaçı onu ailəsilə və digər nalayiq yollarla şantaj edərək ondan müxtəlif dövrlərdə müəyyən miqdarda pullar tələb etmişdir. Bu barədə kifayət qədər şahidlər, səs qeydləri mövcuddur. Ölkə xaricində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir, ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə verərək cavabdeh məhkəmə iclasına təkrar olaraq gəlmədiyindən həmin işə qiyabi icraat qaydasında baxılması və qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2023-cü ilin fevral-mart aylarında Cavabdeh iş qurmaq məqsədi ilə İddiaçı 8 aya qaytarmaq şərti ilə 9500 manat borc pul almışdır. İddiaçı həmin məbləğdə pulu cavabdehə vermişdir. Lakin pulun verilməsindən bir müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. İddiaçı evini tikdirən ərəfədə cavabdehin pulu qaytarmadığını görüb başqa bir şəxsdən borc pul almış, cavabdeh də ona bildirmişdir ki, o, həmin pulu borcu olan şəxsə ödəyəcəkdir. Sonradan cavabdehin iddiaçını aldatdığını, etibarından sui istifadə etdiyini görüb dəfələrlə həmin borcu geri tələb etsə də, cavabdeh onu aldatmaqla, yalan vədlər verərək müddətin uzadılmasına nail olmuşdur. Ona görə də iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan iddiaçının təqdim etdiyi CD-diskdə olan səs yazılarına məhkəmə iclasında baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə danışıqlarında pulu qaytaracağını və ona möhlət verilməsini bildirmişdir. İş üzrə Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıya borcunun olmamasını, ona olan borcunu artıqlaması ilə ödədəyini bildirsə də, məhkəmə iclasında iştirak etməmiş, istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında olan şifahi borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi, Cavabdeh 2023-cü ilin fevral-mart aylarında iş qurmaq üçün İddiaçı 9500 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı da cavabdehə inanaraq həmin 9500 manat pulu ona vermişdir. Sonradan cavabdehin iddiaçını aldatdığını, etibarından sui istifadə etdiyini görüb dəfələrlə həmin borcu geri tələb etsə də, cavabdeh onu aldatmaqla, yalan vədlər verərək müddətin uzadılmasına nail olmuşdur. İddiaçı da məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sadalanan maddi hüquq normalarını tətbiq edərək və məhkəmə iclasında müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 9500 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı qarşısında qaytarılmamış 9500 manat məbləğində borc öhdəliyi olması sübuta yetirildiyindən, iddia təmin edilməli, Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 238, 241- 242, 244 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-88/2025
Ağstafa Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(015)-88/2025
19.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver