Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-884/2025 22.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğu iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən nəticə etibarilə ehtiyatsızlıqdan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğuna vurulmuş maddi zərərin, yəni 4784 (dörd min yeddi yüz səksən dörd) manat pulun cavabdehdən alınaraq iddiaçı təşkilatın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun ərazisində Cavabdeh tərəfindən ehtiyatsız davranış nəticəsində yanğın törədilmişdir. Hadisə nəticəsində X4 Qoruğunun Soyuq-Bulaq meşəbəyliyinin 1-2 dolaylarında 17 ha hissəsində meşə örtüyü zərər görmüş, torpaq örtüyü, flora və fauna ciddi ziyanla üzləşmişdir. Fövqəladə Hallar Nazirliyi və X3 apardığı araşdırmalar nəticəsində yanğının cavabdehin ehtiyatsız hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmiş, lakin o, cinayət məsuliyyətindən azad edilmişdir. Hadisədən dərhal sonra, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun hazırladığı hesabata əsasən zərərin ümumi məbləği 4784 (dörd min yeddi yüz səksən dörd) manat olaraq müəyyən edilmişdir. Cavabdehə dəymiş zərəri X4 Qoruğunun hesabına ödənilməsini bildirsələr də cavabdeh hal-hazırki tarixədək dəymiş zərəri ödəməmişdir. Ona görə də iddiaçı təşkilat tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını və pulun cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, izahatında göstərdi ki, baş vermiş yanğın hadisəsi ehtiyatsızlıq nəticəsində olmuşdur. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur və hər ay 250 manat aliment ödəyir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun ərazisində Cavabdeh tərəfindən ehtiyatsız davranış nəticəsində yanğın törədilmişdir. Hadisə nəticəsində X4 Qoruğunun Soyuq-Bulaq meşəbəyliyinin 1-2 dolaylarında 17 ha hissəsində meşə örtüyü zərər görmüş, torpaq örtüyü, flora və fauna ciddi ziyanla üzləşmişdir. Bu barədə idarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı Ağstafa RPŞ-nin TB-də araşdırma aparılmış və xx.xx.2025-ci il tarixli qərarla toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun hazırladığı hesabata əsasən zərərin ümumi məbləği 4784 (dörd min yeddi yüz səksən dörd) manat, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarına əsasən 1. 5 yaşadək (5 yaş daxil olmaqla) 13 hektar (13 ha x 240 manat = 3120 manat), 2. 6-10 yaşında – 4 hektar ( 4 x 300 manat = 1200 manat), 3. 10 yaşdan yuxarı ağaclar (iydə cinsindən olan) Diametri 18.1-20 sm (58 x 8 manat = 464 manat) olaraq müəyyən edilmişdir. Qeyd edilən akt, dəymiş ziyanın hesablanması cədvəli və qərar iş materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericilik bu Qanundan “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur. Həmin Qanunun 17-ci maddəsinə əsasən dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədiylə yaradılan təbiət mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Həmin Qanunun 19-cu maddəsinə əsasən dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib ümumi tədbirlərindən başqa oduncaq tədarükün, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə, ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tədbiq edilməsi qadağan edilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, Cavabdeh tərəfindən ehtiyatsız davranış nəticəsində yanğın törədilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli 30 nömrəli qərarına əsasən 1. 5 yaşadək (5 yaş daxil olmaqla) 13 hektar (13 ha x 240 manat = 3120 manat), 2. 6-10 yaşında – 4 hektar ( 4 x 300 manat = 1200 manat), 3. 10 yaşdan yuxarı ağaclar (iydə cinsindən olan) Diametri 18.1-20 sm (58 x 8 manat = 464 manat) olmaqla, cəmi 4784 (dörd min yeddi yüz səksən dörd) manat dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də, iddiaçı vurulmuş zərərin əvəzi olaraq, 4784 (dörd min yeddi yüz səksən dörd) manat məbləğin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 4784 (dörd min yeddi yüz səksən dörd) manat məbləğində maddi ziyan tutulub iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X5 Azərbaycan Respublikası Qanunu”nun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 4784 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 67,84 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 4784 (dörd min yeddi yüz səksən dörd) manat məbləğində maddi ziyan tutulub iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Qoruğunun hesabına ödənilsin. Cavabdeh 67,84 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-884/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-884/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver