Məhkəmə qərarları › İş №2(015)-890/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-890/2025

30.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-890/2025 30.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Ağstafa rayon filialına qarşı əmanət qalığının real qiymətləndirilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nin Ağstafa rayon filialına qarşı əmanət qalığının real qiymətləndirilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, məlum olduğu kimi, mülki prosesdə iddia ərizəsi verilərkən, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olması, cavabdehin isə həmin iddiaya cavab verməli şəxs olması nəzərdə tutulmuşdur. MPM-nin 151.1-ci maddəsinə əsasən isə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən isə bu Məcəllənin tələblərinə riayət olunmaqla iddia ərizəsinin verildiyi müəyyən olunmur. İş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh KapitalBank” ASC-nin Ağstafa filialı kimi göstərmiş və hazırki iddia ona qarşı yönəlmişdir. Göründüyü kimi, cavabdeh KapitalBank” ASC-nin Ağstafa filialı hazırki iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, qanunvericiliyə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər (MM-nin 53-cü maddəsi). Yəni, nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxsin öhdəliklərini görə məhkəmədə iddiaçı və ya cavabdeh qismində deyil, yalnız hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surətini və ya həmin vəzifəyə təyin olunmaları barədə qərar, sərəncam, əmr və s. surətlərini təqdim etməklə hüquqi şəxsin nümayəndəsi qismində iştirak edə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırki iddia ərizəsi verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyində isə iddia ərizəsi MPMnin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakimin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35-36, 149-152, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh "xxxx" ASC-nin Ağstafa filialına qarşı əmanət qalığının real qiymətləndirilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar