Məhkəmə qərarları › İş №2(015)-904/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-904/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-904/2024 08.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : “X1” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1” ASC-nin xeyrinə 165,88 manat əsas, 0,94 manat faiz, 0,27 manat cərimə, cəmi 167,09 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən alınmış məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məlum olduğu məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. Mülki Prosessual qanunvericiliyə əsasən kimi məhkəməyə müraciət edildikdən sonra işdə tərəf olan hüquqi şəxs öldükdə və onun hüquq və vəzifələri hüquq varislərinə keçmədikdə işin icraatı xitam olunur. Məhkəmə hesab edir ki, mülki iş üzrə Cavabdeh öldüyündən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə cavabdehin iddiaçıya olan pul borcunun vərəsələrindən tələb etmək hüququnun olması ilə bağlı qeyd edir ki, cavabdehin ölümündən sonra vərəsəlik dairəsi barədə məhkəməyə iddiaçı heç bir məlumat verməmişdir. Mülki prosesdə sübutları təqdim etmək iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin vərəsələrini müəyyən etdikdən sonra onlara qarşı iddia ilə müraciət edə bilər. Mülki Məcəllənin 1306-1316-cı maddələrində vərəsələr tərəfindən kreditorlarının təmin edilməsi qaydaları müəyyən edilib. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları alaraq və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. “X1” ASC-yə izah edilsin ki, cavabdehin vərəsələrini müəyyən etdikdən sonra onlara qarşı iddia ilə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar