Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-908/2023 16.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı X*, Cavabdeh rəisi X2 iştirakı ilə, İddiaçı X* Cavabdehnə qarşı icra sənədi üzrə tələbin borcludan tutulmalı məbləğin hüquqi şəxsin təqsiri üzündən vaxtında icra edilməməsi və müvafiq hüquqi şəxsdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 23.06.20*6-cı il tarixli, 2(0*5)-*782/20*6 saylı icra sənədi üzrə 3*030 manat tələbin Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh qərarın icra edilməsində pozuntuya yol vermişdir. Belə ki, borclunun adına əmlakı olmuş, bu barədə sübut təqdim etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(0*5)- *786/20*6 saylı 2022-ci il tarixli və 2(0*5)-*782/20*6 saylı *7.08.20*7-ci il tarixdə Cavabdehnə daxil olmuş, həmin ərəfədə borclunun adına əmlak, eyni zamanda "xxxx" ASC-nin Ağstafa rayonunda yerləşən filialında külli miqdarda pulları olmuşdur. Lakin Cavabdeh təqsiri üzündən bu pullar vaxtında icra olunmamış və pullar tutulmamışdır. İcra işi üzrə icra vaxtında olmadığından borclu evini başqa şəxsə bağışlamış, bu da İcra və Probasiya şöbəsinin təqsiri üzündən olmuşdur. Bundan başqa borclunun xeyli miqdarda əmlakı olmuş, icra məmurunun iştirakı ilə akt tərtib olunmuşdur. Aktda şəxsin evində tikinti materialları aşkar edilmiş, lakin icra şöbəsinin icra məmuru aktla bağlı heç bir hərəkət etməmişdir. Borclunun bankda 5 hesabı olmuş, onun hesablarına inkaso qoyulmasını tələb etmiş, lakin tələbi təmin olunmamışdır. Borclunun bank hesabında təxminən 50-60 min manat pulu olmuş, lakin həmin pul alınaraq tələb yönəldilməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh rəisi X6 iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, icra işi üzrə bütün icra hərəkətləri və icra tədbirləri həyata keçirilmiş, dəfələrlə müraciətlər olunmuş, borclu inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur. İcra sənədi üzrə bütün lazımı araşdırmalar aparılmış, hər hansı nöqsan və təqsir müəyyən olunmamışdır. Hazırki tələblə bağlı icraatda 2 icra sənədi mövcüddur. Belə ki, həmin icra sənədləri 3*000 manatdan, eyni zamanda sonradan əvvəl olunmuş və icrada geri dönüş olunmuş iş üzrə 3400 manatdan ibarətdir. Əsas olan icra vərəqəsi isə 3*000 manat olan icra vərəqəsidir. Həmin icra vərəqəsi halhazırda icraatdadır. İcraya dönüş ilə bağlı icra vərəqəsi 3483 manat təşkil edir. Hal hazırda icra işləri Cavabdeh icra məmuru Aləmnur Qasımovanın icraatındadır. Bu işlə bağlı bütün icra tədbirləri artıq Aləmnur Qasımova tərəfindən keçiriləcəkdir. Borclu əsas 3*000 manat olan icra vərəqəsi üzrə aylıq 200 manat ödəniş edəcəyini söz vermiş, lakin ödəniş etməmişdir. Bununla bağlı borclu şöbəyə dəvət edilmiş, ona rəsmi qayda da xəbərdarlıq edilmişdir. Bundan sonra bir dəfə də izahat alınıb son xəbərdarlıq olunduqdan sonra növbəti ay üçün birdə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokol tərtib ediləcəkdir. Borcun icra şöbəsindən tutulması əsassızdır. Belə ki, tələbkar ilə icra şöbəsi arasında borcun qaytarılması ilə bağlı heç bir öhdəlik yoxdur, borcun ödənilməməsi icra məmurunun təqsiri üzündən baş verməmişdir, habelə borcun Abış Əsgərov tərəfindən tuutulması ilə bağlı məhkəmə qərarı mövcuddur. İcra şöbəsinin funksiyası məhkəmə qərarının icrası ilə məhdudlaşır. İcra sənədi üzrə Cavabdeh tərəfindən zəruri icra hərəkətləri aparılmış, bunun nəticəsində 3900 manat ödənilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar və iş materialları ilə müəyyən olunmuşdur ki, Ağstafa Rayon Məhkəməsinin *4 dekabr 20*5-ci il tarixli 2(0*5)- *770/20*5 saylı qiyabi qətnaməsinə əsasən Abış Bəhmən oğlun Əsgərovdan 34*30 manat alınaraq X* xeyrinə tutulmuşdur. Həmin icra sənədi üzrə xeyrinə ödənilməsi qət edilmişdir. Borcluda tələbin yönəldilə biləcəyə gəlir, elcədə yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Ağstafa Rayon Məhkəməsinin 26 noyabr 20*5-ci il tarixli 2(0*5)-*770/20*5 saylı qərardadı ilə X7 mülkiyyətində olan Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi *79,4 kv.m, yardımçı sahəsi 8*,5 kv.m, ümumi sahəsi 260,9 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. *6.03.20*6-cı il tarixdə "xxxx" MMC tərəfindən borclunun əmlakının qiyməti 40000 manat müəyyən edilmişdir. "xxxx" MMCnin 30.05.20*6-cı il tarixli məktubuna əsasən əmlakın satılmadığı müəyyən edilmiş, bu səbəbdən X9a məxsus Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi *79,4 kv.m, yardımçı sahəsi 8*,5 kv.m, ümumi sahəsi 260,9 kv.m olan fərdi yaşayış evi tələbkar Mətləb Sadıxova təklif olunmuş və sonuncu təklifi qəbul etmişdir. Evin dəyəri ilə borc arasında fərq olan 5870 manat pul İddiaçı tərəfindən Cavabdeh depozit hesabına ödənilmişdir. Bununla yanaşı, Ağstafa Rayon Məhkəməsinin *8.06.20*3-cü il tarixli icra sənədinə əsasən Abış Əsgərovdan 7830 manat pul alınıb tələbkar Maarif Osmanova ödənilməli idi. Mətləb Sadıxov həmin qiyabi qətnamə əsasında Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən Abış Əsgərova məxsus olmuş fərdi yaşayış evinə dair çıxarış almış, bundan sonra Məhkəmənin qiyabi qətnaməsi ləğv edilmişdir. Eyni zamanda Tovuz Rayon Məhkəməsinin 0* mart 20*8-ci il tarixli qətnaməsi ilə Ağstafa şəhəri Yeni məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən Abış Əsgərova məxsus olmuş fərdi yaşayış evinə dair Mətləb Sadıxovun adına verilmiş çıxarış ləğv edilmiş və evə dair Abış Əsgərovun adına olmuş ilkin sənədlər bərpa edilmişdir. Qiyabi qətnamə ləğv olunduqdan sonra mülki iş üzrə icraat təzələnərək mahiyyəti üzrə yenidən baxılaraq yeni qətnamə olan Ağstafa Rayon Məhkəməsinin 23.06.20*6-ci il tarixli, 2(0*5)-*782/20*6 saylı qətnaməsi qəbul edilmiş və həmin qətnaməyə əsasən X3 3*000 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq X4 ödənilmişdir. Qeyd edilən qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və qətnamə əsasında icra sənədi verilmişdir. Həmin icra sənədi Cavabdeh icraatında daxil olduqdan sonra icra məmuru tərəfindən bütün icra tədbirləri aparılmış, borcdan 3240 manatını Mətləb Sadıxova ödənilməsi təmin edilmişdir. X9 həmin qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə *5.05.2020-ci il tarixdə Qazax Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.*ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada *0 gün müddətinə həbs edilməsinə, Gəncə Apelyasiya Məhkəməsinin *7.05.2020-ci il tarixli qərarı ilə təyin edilmiş inzibati tənbehə aid hissədə dəyişdirilərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il və *9.0*.202*-ci tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da Mətləb Sadıxova qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bundan sonra Abış Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyəti elan edilmiş, *0 gün yeni müddət təyin edilmişdir, məhkəmə qətnaməsi icra edilmədiyi səbəbindən barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmiş və 25 may 202*-ci il tarixdə Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 306.*-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 25 yanvar 2022-ci il tarixli, *(0*5)-8/2022 saylı hökmü ilə Abış Əsgərov Azərbaycan Respublikası CM-nin 306.*-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 0* (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu cəzasını çəkib qurtarmış və icra sənədi üzrə icra hərəkətləri hal-hazırda davam etdirilir. İş üzrə iddiaçı iddiasının əsası kimi borclunun adına əmlak, eyni zamanda "xxxx" ASC-nin Ağstafa rayonunda yerləşən filialında külli miqdarda pulların olmasını, lakin Cavabdeh təqsiri üzündən həmin pulların tutularaq ona ödənilməməsini qeyd etmişdir. Məhkəməyə təqdim olunmuş məktublardan görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nə ünvanlanmış məktublarda Abış Əsgərovun həmin bankda olan hesablaşma hesabına icra sənədi üzrə borcun tutulması barədə inkasso sərəncamını icrasının təmin edilməsi xahiş olunmuşdur. Bundan başqa iddiaçı iddiasının əsası kimi borclunun xeyli miqdarda əmlakının olmasını, icra məmurunun iştirakı ilə akt tərtib olunmasını, aktda şəxsin evində tikinti materiallarının aşkar edilməsini, lakin icra şöbəsinin icra məmuru aktla bağlı heç bir hərəkət etməməsini bildirmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin *7 sentyabr 20*9-cu il tarixli, 8(0*5)-55/20*9 saylı qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən Abış Əsgərova məxsus Ağstafa şəhəri Yeni məhəllədə yerləşən yaşayış evinin üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə dair təqdimat verilmiş və Məhkəmənin həmin qərardadı ilə təqdimat təmin edilməmişdir. Bundan başqa, iş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 20*9-cu il tarixli, 8(0*5)-59/20*9 saylı qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən Abış Əsgərova məxsus yaşayış evindən aşkar edilmiş tikinti materiallarının üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə dair təqdimat verilmiş və Məhkəmənin həmin qərardadı ilə təqdimat təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **00-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.*-ci maddəsinə əsasən məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 88-ci maddəsinə əsasən tələbkar borcludan tutulmalı olan məbləğin, əgər həmin məbləğ hüquqi şəxsin təqsiri üzündən tutulmamışdırsa, müvafiq hüquqi şəxsdən tutulması barədə ona qarşı iddia qaldıra bilər. Göründüyü kimi, Cavabdeh tərəfindən Ağstafa Rayon Məhkəməsinin 23.06.20*6-ci il tarixli, 2(0*5)-*782/20*6 saylı icra sənədinin icrasının təmin edilməsi üçün bütün məcburi icra tədbirləri həyata keçirilmiş, məhkəmə qətnaməsi icra edilmədiyi səbəbindən borclu inzibati məsuliyyətə cəlb edilmiş, onun barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmiş və 25 may 202*-ci il tarixdə Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsində Azərbaycan Respublikası CM-nin 306.*-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 25 yanvar 2022-ci il tarixli, *(0*5)-8/2022 saylı hökmü ilə Abış Əsgərov Azərbaycan Respublikası CM-nin 306.*-ci maddəsi məhkum edilmişdir. Borclu cəzasını çəkib qurtarmış və icra məmuru tərəfindən icra sənədi üzrə icra hərəkətləri hal-hazırda da davam etdirilir. Cavabdeh vəzifəli şəxslərinin təqsiri, qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində iddiaçıya hər hansı ziyanlıq vurulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X* Cavabdehnə qarşı icra sənədi üzrə tələbin borcludan tutulmalı məbləğin hüquqi şəxsin təqsiri üzündən vaxtında icra edilməməsi və müvafiq hüquqi şəxsdən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı X* Cavabdehnə qarşı icra sənədi üzrə tələbin borcludan tutulmalı məbləğin hüquqi şəxsin təqsiri üzündən vaxtında icra edilməməsi və müvafiq hüquqi şəxsdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-908/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-908/2023
16.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver