Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-911/2023 05.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1617,45 (bir min altı yüz on yeddi manat qırx beş qəpik) manat pulun və 38 manat dövlət rüsumunun birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdeh onun övladıdır. Xəyal ona yaxınlaşaraq borc pul lazım olduğunu bildirmiş, o da pulu olmadığı üçün kredit götürə biləcəyini bildirmişdir. Bunun qarşılığında da cavabdeh söz vermişdir ki həmin pulu özünə məxsus pensiyasından ödəyəcəkdir. Ona etiraz etdikdə Xəyal özünə məxsus bank kartını ona təqdim etmişdir. Bundan sonra 15 ay cavabdehə məxsus pensiyadan hər ay 107 manat 83 qəpik olmaqla ümumilikdə 1617,45 manat ödəniş olunmuşdur. Lakin sonradan ona məlum olmayan səbəblərdən cavabdeh bank kartını bağladıb yeni bank kartı əldə etmişdir. O da məcburiyyət qarşısında qalıb banka qalan son 15 ay kredit ödənişini özü etmişdir. Cavabdehdən həmin pulları tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həlli və ödənilmiş pulların cavabdehdən alınması mümkün deyildir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərmişdir ki, İddiaçı onun anasıdır. 3 il əvvəl anası ona 1000 manat kredit götürüb pul vermiş, onun əlillik kartı isə 7 ildir ki, iddiaçıdadır. Anasına kartı 1000 manat krediti ödəmək üçün vermişdir. Hal-hazıra kimi onun kartı anasında olmuşdur. 1000 manat pulu ödəmiş, bu barədə də çıxarışları da var. Hətta onların 617 manat ona borcları var. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlarını nəzərdən və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən ona Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən illik 21 % olmaqla, 30 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında kreditə götürdüyü borc pulun hamısını oğluna verdiyini və sonuncunun həmin pulu qaytarmadığını sübut etməlidir. Göründüyü kimi, iddiaçı oğluna borc pul lazım olduğu üçün bankdan kredit götürüb cavabdehin pensiya kartının onda qalması müqabilində ona verməsini, 15 ay cavabdehə məxsus pensiya kartından hər ay 107 manat 83 qəpik olmaqla ümumilikdə 1617,45 manat ödəniş etməsini, qalıq qalan 15 ay üçün 1617,45 manat ödənişi özünün ödəməsini qeyd etmişdir. Cavabdeh isə 3 il əvvəl anasından 1000 manat pul verməsini, həmin 1000 manat pulun onun pensiya kartından ödənilməsini, hətta onun pensiya kartının 7 ildir ki anasında olduğunu bildirmişdir. Hazırki vəziyyətdə İddiaçı Cavabdeh bankdan kredit pulu götürüb borc verməsi öz təsdiqini tapmır və barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Belə bir müqavilə münasibətlərinin qüvvəyə minməsi üçün tərəflər arasında mülki hüquq münasibətləri yaranmalıdır. Müəyyən olunduğu kimi, tərəflər arasında şifahi və ya yazılı borc müqaviləsinin bağlanaraq müqavilə münasibətlərinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadığından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 38 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 38 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-911/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-911/2023
05.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver