Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-921/2024 18.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pul və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ortaq dostları vasitəsilə tanımışdır. Cavabdeh tanışları ilə onlara gələrək ondan tez bir zamanda qaytarmaq şərti ilə 1500 manat borc istəmiş və həmin pulu cavabdehə vermişdir. Cavabdehə verdiyi pulu isə qızının müalicəsi üçün yığmışdır. Cavabdeh ondan aldığı pulu qısa müddət ərzində qaytarmağa söz versə də, bu günədək borcunu qaytarmamışdır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı cavabdehə pulu 2022-ci ilin noyabr ayında və ya 2023-cü ilin əvvəllərində 50 və 100 manatlıq pul əskinasları ilə verdiyini, onunla tez-tez telefonla zəng edərək əlaqə saxladığını, cavabdehin isə Bakı şəhərində olduğunu və hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayındığını, bir neçə ay bundan əvvəl isə ailəsinin dediyinə görə cavabdehin təqaüdə çıxaraq Rusiya Federasiyasına getdiyini, pulu cavabdehə verməsi barədə hər hansı bir rəsmi sübutunun olmamasını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, onun etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəməyə etiraz göndərərək göstərmişdir ki, iddia tələbi tamamilə yalandır. Belə ki, cavabdeh onun oğludur və uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Əvvəllər oğlu Neft Daşlarında işləmiş və oradan pensiyaya çıxmışdır. Onun işlədiyi dövrlərdə heç kimə borcu olmamışdır. Əgər borcu olsaydı iddiaçı bu günədək məhkəməyə müraciət edərdi. Bundan başqa, iddiaçının oğluna pul verməsinə dair heç bir sübutu yoxdur. Ona görə də mülki işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı tanışdır, cavabdehi isə bir Ağstafalı kimi tanıyır. Belə ki, Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı 1500 manat borc pul almışdır. Aldığı pul isə 50 və 100 manatlıq pul əskinaslarından ibarət olmuşdur. Cavabdeh bu günədək iddiaçıdan aldığı borcu qaytarmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ilə eyni məzmunlu ifadə verdi.
8. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Ağstafa RİH MKTB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 235 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.
10. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
11. “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin sərhəd keçməsi barədə alınmış məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə dövlət sərhədini keçərək Rusiya Federasiyasına getmiş, ölkəyə qayıtması barədə məlumat yoxdur.
12. Cavabdeh iş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli etibarnaməsindən görünür ki, həmin tarixdə cavabdeh Rusiya Federasiyasının Moskva əyalətinin Domodedov şəhərindən anası Nümayəndə onu təmsil etməsi üçün etibarnamə vermişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı cavabdehə 2022-ci ilin noyabr ayında və ya 2023-cü ilin əvvəllərində 50 və 100 manatlıq pul əskinasları ilə verdiyini, cavabdehin Rusiya Federasiyasında olmasından məlumatının olmamasını, pulu cavabdehə verməsi barədə hər hansı bir rəsmi sübutunun olmamasını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahidlər də ifadələrində iddiaçının qeyd etdiyi halları təsdiq etmişlər. İş üzrə Cavabdeh iştirak etməmiş, onun etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəməyə etiraz göndərərək göstərmişdir ki, iddia tələbi tamamilə yalandır. Belə ki, cavabdeh onun oğludur və uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Oğlunun iddiaçıya və ya digər şəxslərə borcu olmamışdır. Məhkəmə tərəfindən cavabdehin etiraz ərizəsində qeyd etdiyi xüsusatlar araşdırılarkən “Elektron məhkəmə” informasiya sistemindən cavabdehin sərhəd keçməsi barədə alınmış məlumatda Cavabdeh xx.xx.2022-ci il tarixdə dövlət sərhədini keçərək Rusiya Federasiyasına getməsi və ölkəyə qayıtması barədə məlumatın olmaması qeyd olunmuşdur. Cavabdeh iş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli etibarnaməsindən də görünür ki, həmin tarixdə cavabdeh Rusiya Federasiyasının Moskva əyalətinin Domodedov şəhərindən anası Nümayəndə onu təmsil etməsi üçün etibarnamə vermişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında 1500 manat borc pul verməsini və sonuncunun həmin pulu qaytarmamasını sübut etməlidir.
16. Göründüyü kimi, iddiaçı və onun tərəfindən məhkəməyə təqdim olunmuş şahidlər cavabdehə 2022-ci ilin noyabr ayında və ya 2023-cü ilin əvvəllərində 1500 manat borc pul verilməsini bildirsə də, həmin fakt məhkəmə iclasında təsdiq olunmamış, iş üzrə cavabdehin xx.xx.2022-ci il tarixdən ölkə ərazisində olmaması, eyni zamanda xx.xx.2022-ci il tarixli etibarnamədən Cavabdeh artıq ölkədə olmaması müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçının və şahidlərin ifadəsi sübut kimi qəbul oluna bilməz.
17. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur..
18. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.
19. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
21. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
22. Göründüyü kimi, hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında onların öz iradə ifadələrini əks etdirən müqavilə olmalıdır. İş üzrə iddiaçı cavabdehlə aralarında borc barədə müqavilə münasibətləri olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehə 1500 manat borc verməsini bildirsə də, iddiaçı tərəfindən borc müqaviləsini məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
23. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Heyran Mürsəlova