Məhkəmə qərarları › İş №2(015)-921/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-921/2025

23.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-921/2025 23.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Ağstafa rayonu Köçvəlili KİN-də tərəfindən 27 fevral 2012-ci il tarixdə bağlanmış 01 nömrəli akt qeydi ilə tərtib olunmuş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahlarını 27 fevral 2012-ci il tarixdə Ağstafa rayonu Köçvəlili KİN-də 01 nömrə ilə rəsmiləşdirməklə ailə qurmuşlar. Faktiki nikahdan xx.xx.2012-ci il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri cavabdehlə ilk vaxtlarda normal olsa da sonradan aralarında baş vermiş ziddiyyətlər ailəsinin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir. Faktiki olaraq ayrı yaşayırlar, nikahları formal xarakter daşıyır. Belə ki, Cavabdeh ilə aralarında Ağstafa rayonu Köçvəlili KİN tərəfindən 27 fevral 2012-ci il tarixdə bağlanmış 01 nömrəli akt qeydi ilə tərtib olunmuş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə münasibətləri ilk vaxtlarda normal olsa da sonradan aralarında baş vermiş ziddiyyətlər ailəsinin dayaqlarını sarsıtmış, odur ki, iddiasının təmin olunmasını xahiş etdi.

4. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək nikahın pozulmasında israrlı olmasını, yolu uzaq olduğundan və himayəsində azyaşlı uşağı olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah Ağstafa rayonu Köçvəlili KİN-də tərəfindən 27 fevral 2012-ci il tarixdə bağlanmış 01 nömrəli akt qeydi ilə bağlanmışdır.

8. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur.

9. İş materiallarına əlavə olunmuş X1 əlavə olunmuş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş, aralarında nikahın pozulduğu halda uşaqla valideynin sərbəst ünsiyyət qaydasına dair razılıq əldə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. İddiaçı ilə Cavabdeh arasında nikah Ağstafa rayonu Köçvəlili KİN-də tərəfindən 27 fevral 2012-ci il tarixdə 01 nömrəli akt qeydi ilə bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri üçün yolverilməz və dözülməz olan hərəkətləri nəticəsində münasibətləri ciddi şəkildə pisləşdiyi üçün ayrı yaşayırlar. Ailə münasibətinin davam etdirilməsi mümkün deyil. Uşaqlar cavabdehin yanında qalırlar. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, aralarındakı barışıq sazişi bağlanılaraq, nikahın pozulduğu halda uşaqla valideynin sərbəst ünsiyyət qaydasına dair razılıq əldə olunmuşdur. Odur ki, tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan uşaqları olduğundan məhkəmə qaydasında olmadan onların nikah münasibətlərinə xitam vermək mümkün deyildir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

13. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır.

14. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

15. Göründüyü kimi, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak edərək, cavabdeh isə ərizə göndərərək boşanmağa razı olmalarını onlara vaxt verilmədən aralarında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər

16. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayonu Köçvəlili KİN-də tərəfindən 27 fevral 2012-ci il tarixdə bağlanmış 01 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmalıdır.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

18. Məhkəmə nikahın pozulmasından sonra uşağın hansı valideynin yanında qalması baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Məhkəmə qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

21. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

22. Həmin Məcəllənin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

23. Həmin Məcəllənin 60.1 və 60.2-ci maddələrinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

24. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqla bağlılığını, cavabdehin bir ana olaraq uşaqların böyüyüb boya-başa çatmasındakı rolunu, uşaqların ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını, uşaqların mənafeyini və maraqlarını, tərəflər ayrıldıqdan sonra uşaqların anasının yanında qalmasını, tərəflər arasında nikah pozulduqdan sonra uşaqların kimin yanında qalması ilə bağlı tərəflər arasında mübahisənin olmamasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 anası Cavabdeh yanında qalmalıdır.

25. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

29. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə eyni zamanda tərəflərə izah edir ki, gələcəkdə tərəflər arasında aliment və əmlak bölgüsü ilə bağlı hər hansı bir mülki mübahisə yaranarsa, qanunla müəyyən edilmiş müddətdə və qaydada həmin tələblə bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır.

Nəticə hissəsi:

32. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayonu Köçvəlili KİN-də tərəfindən 27 fevral 2012-ci il tarixdə bağlanmış 01 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 adlı uşaqlar anası Cavabdeh yanında saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar