Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-923/2024 23.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı 2 saylı X3 Mərkəzi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində özbaşına özünə məxsus mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 308 manat pulun ondan tutulub 2 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Soyuqbulaq meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Muğanlı kənd sakini Cavabdeh özünə məxsus malqarasını Dövlət meşə fondunun sahəsində gətirib otarması faktı müəyyən olunmuşdur. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən Cavabdeh qanunsuz olaraq mal qaranı otardığı üçün 308 manat dəymiş ziyan müəyyən edilmişdir. Dəymiş ziyanın ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də iddianın təmin olunmasını və pulun cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlarını nəzərdən və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Gəncə Appellyasiya Məhkəməsinin 3(015)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 3(015)-387/2024 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, Cavabdeh barəsində meşə fondu ərazisində qanunsuz olaraq özbaşına xırda buynuzlu mal-qara otarması nəticəsində 22 dekabr 2023-cü il tarixdə akt və eyni tarixli protokol tərtib olunmuşdur. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə göndərilmişdir. Həmin idarə tərəfindən onun barəsində MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin dəymiş ziyana görə 308 manat zərər məbləği müəyyən edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən Ağstafa Rayon Məhkəməsinə şikayət verilmiş və Məhkəmənin 3(015)-387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi 08 yanvar 2024-cü il tarixli, MN1440647 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Ağstafa Rayon Məhkəməsinin mövcud qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət isə Gəncə Appellyasiya Məhkəməsinin 3(104)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 3(015)- 387/2024 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu delikt nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, hazırki iddia tələbi Cavabdeh hüquqa zidd hərəkəti nəticəsində meşə fonduna vurulumuş zərərə görə verilmiş, həmin zərərin onun tərəfindən törədilməsi isə barəsində tərtib olunmuş protokola və qərara əsaslansa da həmin protokola və qərar üzrə onun barəsində inzibati xəta faktı aşkar edilməmişdir. Bu barədə birinci instansiya və apellyasiya instansiya məhkəməsinin qərarları mövcuddur. Belə olan halda Cavabdeh hər hansı bir hüquq pozuntusu törətməsi və həmin pozuntu nəticəsində meşə təsərrüfatına zərər vurması öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-923/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-923/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver