Məhkəmə qərarları › İş №2(015)-926/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-926/2025

10.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-926/2025 10.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı paylı mülkiyyətdən payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı paylı mülkiyyətdən payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu, Xətai kəndindəki ümumi sahəsi 80.60 kvm olan fərdi yaşayış evinin 5/8 hissəsi və evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinin 10/54 hissəsi üzərindəki payının naturada ayrılması, belə ayrılma mümkün olmadıqda isə həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun (əldə olunan vəsaitin) paylara mütənasib surətdə bölüşdürülməsi barədə (ilkin satış qiyməti qətnamənin icra qaydası kimi göstərilməklə) qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə göndərərək, İddiaçı Ağstafa rayonu, Xətai kəndindəki ümumi sahəsi 80.60 kv.m olan fərdi yaşayış evinin 5/8 hissəsi və evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinin 10/54 hissəsi üzərindəki payı naturada ayrılması, belə ayrılma mümkün olmadıqda İddiaçı payının dəyəri (bazar qiymətinə uyğun ədalətli kompensasiya şəklində) paylı mülkiyyətin digər mülkiyyətçiləri olan iş üzrə cavabdehlər tərəfindən İddiaçı ödənilməsi, cavabdehlər tərəfindən İddiaçı payının dəyərinin ödənilməsinə razılıq olmadığı halda həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və satış pulunun (əldə olunan vəsait) paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-347/2023 qətnaməyə əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evinin 5/8 (səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, habelə 1/8 (səkkizdə bir) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 1/8 (səkkizdə bir) hissəsinə Cavabdeh1, 1/8 (səkkizdə bir) hissəsinə Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik payı,eyni zamanda həmin evin yerləşdiyi Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 5/18 (on səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, 4/18 (on səkkizdə dörd) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 4/18 (on səkkizdə dörd) hissəsinə Cavabdeh1, 4/18 (on səkkizdə dörd) hissəsinə Cavabdeh3, Cavabdeh4, 1/18 (on səkkizdə bir) hissəsinə isə Cavabdeh5 qanun üzrə vərəsəlik payı müəyyən edilmişdir. Həmin qətnamənin icrası məqsədi ilə Ağstafa rayon Notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il qeydiyyat tarixli, **********48-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Digər cavabdehlər isə qətnamənin icrası ilə bağlı müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etmədiklərindən onlara göstərilən əmlaklar üzərində payları açıq saxlanılmışdır. Bir sözlə cavabdehlərdən onlara göstərilən əmlaklar üzərində payları açıq saxlanılmışdır. Bir sözlə cavabdehdən Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 payları həmin çıxarışda məhkəmə qətnaməsi əsasında müəyyən olunmuşdur. Ağstafa rayon, Xətai kəndindəki ümumi sahəsi 80,60 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən olan payın natura şəklində ayrılmalı, belə ayrılma mümkün olmadığında isə həmin əmlaklar açıq hərracda satılmalı və satış pulu paylara mütənasib surətdə aralarında bölünməlidir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbinə etiraz etmir, belə ki, əmlakın hərracda satılmasını və vəsaitin qanunauyğun qaydada bölünməsini xahiş edir.

8. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbinə etiraz etmir, belə ki, əmlakın hərracda satılmasını və vəsaitin qanunauyğun bölünməsini xahiş etmişdir.

9. Məhkəmə hazırlıq iclası zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 iddia tələbinə dair elektron qaydada xx.xx.2025-ci il tarixli etiraz ərizəsini məhkəməyə ünvanlayaraq iddia tələbinə etiraz etmiş və təmin olunmamasını xahiş etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3, Cavabdeh5 və onların etibarnamə üzrə nümayəndələri Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. 11.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Xətai kəndində 80.60 kv.m olan fərdi yaşayış evi 5/8 hissə və torpaq sahəsi 10/54 hissə İddiaçı, fərdi yaşayış evi 1/8 hissəsi, torpaq sahəsi 8/54 hissə Cavabdeh1, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 8/54 hissə Cavabdeh2, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 5/54 hissə (açıq saxlanılır) X7, torpaq sahəsi 18/54 hissədə X2, torpaq sahəsi 5/54 hissə (açıq saxlanılır) X8 adına qeydiyyata alınmışdır.

14. İş materiallarında olan, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)- 347/2023 qətnamədən görünür ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş Musayeva (İsmayılova) Sveta Süleyman qızına və Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızına X3 qalmış əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-216 reyestr nömrəli, X4 qalmış əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-217 reyestr nömrəli, Cavabdeh3 və Cavabdeh4 X3 qalmış miras əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-229 reyestr nömrəli və Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 X1 qalmış miras əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-230 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməsi, X4 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evinin 5/8 (səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, habelə 1/8 (səkkizdə bir) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 1/8 (səkkizdə bir) hissəsinə Cavabdeh1, 1/8 (səkkizdə bir) hissəsinə Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik payı müəyyən edilməsi, X7 X8 və X2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 5/18 (on səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, 4/18 (on səkkizdə dörd) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 4/18 (on səkkizdə dörd) hissəsinə Cavabdeh1, 4/18 (on səkkizdə dörd) hissəsinə Cavabdeh3, Cavabdeh4, 1/18 (on səkkizdə bir) hissəsinə isə Cavabdeh5 qanun üzrə vərəsəlik payı müəyyən edilməsi qət edilmişdir.

15. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4962 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən (10/54 pay hissə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən (5/8 pay hissə) İddiaçı payına düşən hissəsinin naturada ayrılmasının "AzDTN 2.7-3 "X14 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin, eləcə də Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamış, Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən (10/54 pay hissə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən (5/8 pay hissə) İddiaçı payına düşən hissəsinin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından tədqiqat aparılmamışdır.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-347/2023 nömrəli qətnaməsinə əsasən, Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evinin 5/8 (səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, habelə 1/8 (səkkizdə bir) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 1/8 (səkkizdə bir) hissəsinə Cavabdeh1, 1/8 (səkkizdə bir) hissəsinə Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik payı,eyni zamanda həmin evin yerləşdiyi Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 5/18 (on səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, 4/18 (on səkkizdə dörd) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 4/18 (on səkkizdə dörd) hissəsinə Cavabdeh1, 4/18 (on səkkizdə dörd) hissəsinə Cavabdeh3, Cavabdeh4, 1/18 (on səkkizdə bir) hissəsinə isə Cavabdeh5 qanun üzrə vərəsəlik payı müəyyən edilmişdir. Hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərək, cavabdehlərlə aralarında məhkəmədənkənar qaydada razılığa gələ bilmədiklərini göstərmiş, mübahisəli əmlakdan ona düşən payının naturada ayrılmasını, ayrılma mümkün olmadıqda kompensasiya verilməklə və ya əmlakın açıq hərracda satılmaqla satış pulunun paylara mütənasib aralarında bölünməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Xətai kəndində 80.60 kv.m olan fərdi yaşayış evi 5/8 hissə və torpaq sahəsi 10/54 hissə İddiaçı, fərdi yaşayış evi 1/8 hissəsi, torpaq sahəsi 8/54 hissə Cavabdeh1, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 8/54 hissə Cavabdeh2, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 5/54 hissə (açıq saxlanılır) X7, torpaq sahəsi 18/54 hissədə X2, torpaq sahəsi 5/54 hissə (açıq saxlanılır) X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının 10/4962 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən (10/54 pay hissə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən (5/8 pay hissə) İddiaçı payına düşən hissəsinin naturada ayrılmasının "AzDTN 2.7-3 "X14 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin, eləcə də Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamış, Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən (10/54 pay hissə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən (5/8 pay hissə) İddiaçı payına düşən hissəsinin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından tədqiqat aparılmamışdır. Məhkəmə iclası gedişində cavabdehlər, öz növbəsində, idiaçının mübahisəli əmlakdan payının onların paylarına nisbətən çox olduğunu və ona kompensasiya ödəməyə imkanlarının olmamasını bildirmişlər. Belə olan halda, həm iddiaçı, həm də cavabdehlər mübahisəli əmlakın açıq hərracda satılaraq, satış pulunun (əldə olunan vəsait) paylara mütənasib surətdə bölüşdürülməsinə razı olduqlarını bildirmişlər.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüququ şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz.

22. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

24. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

25. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

27. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

28. Həmin Məcəllənin 220.3- ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

29. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

30. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

31. Həmin Məcəllənin 220.6-cı maddənin və bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

32. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

34. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Qanunvericiliyə əsasən mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

35. Mülki işdə olan sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Ağstafa rayonu, Xətai kəndində 80.60 kv.m olan fərdi yaşayış evi 5/8 hissə və torpaq sahəsi 10/54 hissə İddiaçı, fərdi yaşayış evi 1/8 hissəsi, torpaq sahəsi 8/54 hissə Cavabdeh1, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 8/54 hissə Cavabdeh2, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 5/54 hissə (açıq saxlanılır) X7, torpaq sahəsi 18/54 hissədə X2, torpaq sahəsi 5/54 hissə (açıq saxlanılır) X8 payı təşkil edir.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ilə cavabdehlər arasında məhkəmədənkənar qaydada mübahisəli əmlakdan ona düşən payının naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya verilməklə və ya əmlakın açıq hərracda satılmaqla satış pulunun paylara mütənasib aralarında bölünməsini barədə razılıq əldə olunmamışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl olunması, eyni zamanda mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-tikinti-texniki ekspertizasının 10/4962 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən (10/54 pay hissə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən (5/8 pay hissə) İddiaçı payına düşən hissəsinin naturada ayrılmasının "AzDTN 2.7-3 "X14 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması"nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin, eləcə də Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamış, Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsindən (10/54 pay hissə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən (5/8 pay hissə) İddiaçı payına düşən hissəsinin naturada ayrılma tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Bundan sonra, məhkəmə iclası gedişində cavabdehlər, öz növbəsində, idiaçının mübahisəli əmlakdan payının onların paylarına nisbətən çox olduğunu və ona kompensasiya ödəməyə imkanlarının olmamasını bildirmişlər. Belə olan halda, həm iddiaçı, həm də cavabdehlər mübahisəli əmlakın açıq hərracda satılaraq, satış pulunun (əldə olunan vəsait) paylara mütənasib surətdə bölüşdürülməsinə razı olduqlarını bildirmişlər. Göstərilənlərə əsasən, Məcəllənin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməlidir.

37. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən yerləşən 80.60 kv.m olan fərdi yaşayış evi 5/8 hissədə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə X7 və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi 10/54 hissədə İddiaçı, 8/54 hissədə Cavabdeh1, 8/54 hissədə Cavabdeh2, 5/54 hissədə X7, 18/54 hissədə X2, 5/54 hissədə X8 açıq hərracdan satılsın və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı, Cavabdeh1, Cavabdeh2, X7, X2 və X8 arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən yerləşən 80.60 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi açıq hərracdan satıldıqdan, satış pulu ümumi mülkiyyətin mülkiyyətçilərin arasında bölündükdən sonra İddiaçı, Cavabdeh1, Cavabdeh2, X7, X2 və X8 həmin fərdi yaşayış evinə və və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinə olan ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməlidir.

38. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına köçürülməlidir.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən yerləşən 80.60 kv.m olan fərdi yaşayış evi 5/8 hissədə İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə X7 və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi 10/54 hissədə İddiaçı, 8/54 hissədə Cavabdeh1, 8/54 hissədə Cavabdeh2, 5/54 hissədə X7, 18/54 hissədə X2, 5/54 hissədə X8 açıq hərracdan satılsın və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı, Cavabdeh1, Cavabdeh2, X7, X2 və X8 arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat və **********48-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan Ağstafa rayonu, Xətai kəndində yerləşən yerləşən 80.60 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi açıq hərracdan satıldıqdan, satış pulu ümumi mülkiyyətin mülkiyyətçilərin arasında bölündükdən sonra İddiaçı, Cavabdeh1, Cavabdeh2, X7, X2 və X8 həmin fərdi yaşayış evinə və və həmin evin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinə olan ümumi paylı mülkiyyət hüquqlarına xitam verilsin. İddiaçı 100 (yüz) manat məbləğində ekspert tədqiqatının dəyəri tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar