Məhkəmə qərarları › İş №2(015)-927/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-927/2025

16.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-927/2025 16.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızının, Cavabdeh5, Cavabdeh1 Möhsüm oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Möhsüm oğluna, Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh8, Cavabdeh9, Quluyeva (Nağıyeva) Almaz Nofəl qızına və Ağstafa Rayon Notariat Ofisinə qarşı mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Möhsüm oğluna, Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh8, Cavabdeh9, Quluyeva (Nağıyeva) Almaz Nofəl qızına və Ağstafa Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 miras qalmış Ağstafa rayonu, Tatlı kəndində yerləşən 5 otaqlı fərdi yaşayış evinin və mərhum X3ndan miras qalmış 0,1 ha torpaq sahəsinə vəsiyyət üzrə və qanun üzrə mirasın faktiki qəbul edilməsi və vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X14 məxsus Ağstafa rayonu, Tatlı kəndində yerləşən 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi vardır və xx.xx.2024cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Tatlı kəndində üzərində texniki pasportla mərhum atasının adına olan fərdi yaşayış evi yerləşən 0,1 ha torpaq sahəsi onun X3nın birgə mülkiyyətindədir. Mərhum atası X16 16 mart 1990-cı ildə vəfat etmişdir. xx.xx.2021ci il tarixdə Ağstafa rayon Notariat Ofisində atasından miras qalmış Ağstafa rayonu, Tatlı kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair X3 xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Tatlı kəndində texniki pasportla mərhum atasının adına olan fərdi yaşayış evi yerləşən 0,1 ha torpaq sahəsi onun və X3nın birgə mülkiyyətindədir. X5 adına vərəsəlik işi açılmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum anası Şəki Nağıyeva xx.xx.2008-ci il tarixli vəsiyyətnamə ilə Ağstafa rayonu, Tatlı kəndində yerləşən bütün əmlakını, o cümlədən fərdi yaşayış evini, bağını, pay torpağını ona vəsiyyət etmişdir. Mərhum atası X8 miras qalmış evin qəbul edilməsi barədə Ağstafa rayon Notariat Ofisinə müraciət etsə də notariat ofisi tərəfindən ona bildirilir ki, mirasın qəbul edilməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Miras payçıları 1.Cavabdeh4, 2. X17 (vəfat edib), 3. X18 (vəfat edib), 4. Cavabdeh3, 5. Cavabdeh2, 6.Cavabdeh1 Möhsüm oğludur.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh5 bildirdi ki, iddia tələbinə etiraz etmir, miras əmlakını qanunauyğun bölünməsini xahiş edir.

5. Məhkəmə iclasında cavabdeh Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızı iddia tələbinə etiraz etmir, miras əmlakın qanunauyğun bölünməsini xahiş edir.

6. Məhkəmə iclasında Cavabdeh1 Möhsüm oğlu iddia tələbinə etiraz etmir, miras əmlakının qanunauyğun bölünməsini xahiş edir.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Tatlı kəndində 0,1 ha torpaq sahəsi üzərində yerləşən olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı adına, ½ hissəsi isə X5 adına qeydiyyata alınmışdır.

10. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 335/g nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 ölən günədək Ağstafa rayonu, Tatlı kəndində yaşamış və vəfat etmiş və 1. Cavabdeh4, 2. X17 (vəfat edib), 3. X18 (vəfat edib), 4. Cavabdeh3, 5. İddiaçı, 6. Cavabdeh2, 7. Cavabdeh1 Möhsüm oğlu adlı ailə üzvləri qalmışdır.

11. İş materiallarında olan Ağtafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 648/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X17 ölən günədək ünvan 1 ünvanında yaşamış və xx.xx.2006-cı il tarixdə vəfat etmiş və 1. Cavabdeh9, 2. Quluyeva (Nağıyeva) Almaz Nofəl qızı), 3. Cavabdeh5 adlı ailə üzvləri qalmışdır.

12. İş materiallarında hazırda qüvvədə olan xx.xx.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X2 “Ağstafa rayonu, Tatlı kəndində yerləşən bütün əmlakımı, o cümlədən yaşayış evimi, bağımı, pay torpağımı Ağstafa rayonu, Tatlı kəndində yaşayan qızım İddiaçı vəsiyyət edirəm, digər varislərimi vərəsəlik hüququndan məhrum edirəm.” kimi qeyd etmişdir.

13. İş materiallarında olan Ağstafa rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 287 nömrəli məktubdan görünür ki, X6 məxsus miras əmlakı qalmış, lakin digər vərəsələrlə mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır.

14. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli 08 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə ölmüşdür.

15. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli 85 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2006-cı ildə ölmüşdür.

16. İş materiallarında olan Qazax rayon Tatlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 06 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1990-cı ildə ölmüşdür.

17. 11.06.2025-ci il tarixli Məhkəmə sorğusuna cavab olaraq Ağstafa rayonu, Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 183/g nömrəli xx.xx.2025ci il tarixli məktub Məhkəməyə təqdim edilmişdir. Məktubun məzmununa görə mərhum X16 vəfat etmişdir. Həmin illərin təsərrüfat başına kitabları Ağstafa rayon Dövlət Arxiv idarəsinə təhvil verildiyi üçün onun haqqında məlumat yoxdur. X2 vəfat edtiyi günə kimi 05 saylı təsərrüfatbaşına kitabın 89-cu səhifəsinin 394-cü şəxsi hesabında qızı İddiaçı ilə birlikdə qeyd alınmışdır. X1 adına 0.1 ha torpaq sahəsində yaşayış evi vardır. Həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən qeydiyyata alınan sənəd nümayəndəliyə daxil olmadığı üçün təsərrüfat başına kitabda evin kvadratı yoxdur.

18. 20.05.2025-ci il tarixli Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 3-21-3-37/2-4703/2025 nömrəli 23 iyul 2025-ci il tarixli məktub Məhkəməyə təqdim edilmişdir. Məktubun məzmununa görə Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ-si tərəfindən X9 adına Ağstafa rayonu, Tatlı kəndində yerləşən fərdi yaşayış evi 1 nömrəli qeydiyyat kitabının 47-ci səhifəsində 188 nömrə ilə qeydiyyata alınmış və 183 invertar nömrəli texniki pasport tərtib edilmişdir.

a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X14 məxsus Ağstafa rayonu, Tatlı kəndində yerləşən 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi vardır və xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Tatlı kəndində üzərində texniki pasportla mərhum atasının adına olan fərdi yaşayış evi yerləşən 0,1 ha torpaq sahəsi iddiaçı ilə X3nın birgə mülkiyyətindədir. Mərhum atası X16 16 mart 1990-cı ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində atasından miras qalmış Ağstafa rayonu, Tatlı kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair X3 xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Tatlı kəndində texniki pasportla mərhum atasının adına olan fərdi yaşayış evi yerləşən 0,1 ha torpaq sahəsi onun və X3nın birgə mülkiyyətindədir. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçının mərhum anası Şəki Nağıyeva xx.xx.2008-ci il tarixli vəsiyyətnamə ilə Ağstafa rayonu, Tatlı kəndində yerləşən bütün əmlakını, o cümlədən fərdi yaşayış evini, bağını, pay torpağını ona vəsiyyət etmişdir. Mərhum atası X8 miras qalmış evin qəbul edilməsi barədə Ağstafa rayon Notariat Ofisinə müraciət etsə də notariat ofisi tərəfindən ona, mirasın qəbul edilməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğundan Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Miras payçıları 1. Cavabdeh4, 2. X17 (vəfat edib), 3. X18 (vəfat edib), 4. Cavabdeh3, 5. Cavabdeh2, 6.Cavabdeh1 Möhsüm oğludur. X17 və X18 miras qəbul edilənədək vəfat etmişdir. X10 vərəsələri – arvadı Cavabdeh9, uşaqları Cavabdeh10 və Cavabdeh5dur. X11 vərəsələri – arvadı Cavabdeh8, uşaqları Cavabdeh6, Cavabdeh7 və Cavabdeh11dır.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

23. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X16 16 mart 1990-cı il tarixdə vəfat etmişdir. Onun adına Keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 47-ci səhifəsində 188 nömrə ilə 183 inventar nömrəli texniki pasportla X12 adına qeydiyyata alınmış Ağstafa rayonu Tatlı kəndində yerləşən fərdi yaşayış evi mövcuddur. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********46 reyestr nömrəli çıxarışla Ağstafa rayonunun Tatlı kəndində yerləşən 0,1 ha torpaq sahəsinin ½ hissəsi onun adına (½ hissəsi isə X5 adına qeydiyyata alınmışdır.) qeydə alınmışdır. X7 xx.xx.2008-ci il tarixli vəsiyyətnamə ilə öz əmlak payını qızı İddiaçı vəsiyyət etmişdir. X16 ilə X5 birgə nikahından İddiaçı, Cavabdeh4, X17 (vəfat edib), X18 (vəfat edib), Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Möhsüm oğlu adlı ailə üzvləri qalmışdır.

24. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.

27. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

28. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

29. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

31. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

32. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir.

34. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

35. Göründüyü kimi, X17 və X18 miras qəbul edilənədək vəfat etmişdir. X10 vərəsələri – arvadı Cavabdeh9, uşaqları Cavabdeh10 və Cavabdeh5dur. X11 vərəsələri – arvadı Cavabdeh8, uşaqları Cavabdeh6, Cavabdeh7 və Cavabdeh11dır. Bu səbəbdən miras əmak üzrə paylar bərabər şəkildə vəfat etmiş şəxslərin vərəsələri arasında bölünməlidir.

36. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 47-ci səhifəsində 188 nömrə ilə qeydiyyata alınaraq 183 inventar nömrəli texniki pasportla X12 adına qeydiyyata alınmış Ağstafa rayonu Tatlı kəndində yerləşən fərdi yaşayış evinin 1/7 hissəsinə İddiaçı, 1/7 hissəsinə Cavabdeh3, 1/7 hissəsinə Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızının, 1/7 hissəsinə X13, 1/7 hissəsinə Cavabdeh4, 1/7 hissəsinə X10 vərəsələri olan Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, 1/7 hissəsinə X11 vərəsələri olan Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh8 qanun üzrə vərəsəlik hüquqları tanınmalı. X4 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********46 reyestr nömrəli çıxarışla Ağstafa rayonunun Tatlı kəndində yerləşən 0,1 ha torpaq sahəsinin ½ hissəsinin 8/14 hissəsinə İddiaçı həm qanun, həm də vəsiyyət üzrə, 1/14 hissəsinə Cavabdeh3, 1/14 hissəsinə Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızının, 1/14 hissəsinə X13, 1/14 hissəsinə Cavabdeh4, 1/14 hissəsinə X10 vərəsələri olan Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, 1/14 hissəsinə X11 vərəsələri olan Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh8 qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Əmlak üzrə paylara dair İddiaçı həm qanun, həm də vəsiyyət üzrə, cavabdehlər Cavabdeh1 Möhsüm oğluna, Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızına Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməlidir.

Nəticə hissəsi:

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 47-ci səhifəsində 188 nömrə ilə qeydiyyata alınaraq 183 inventar nömrəli texniki pasportla X12 adına qeydiyyata alınmış Ağstafa rayonu Tatlı kəndində yerləşən fərdi yaşayış evinin 1/7 hissəsinə İddiaçı, 1/7 hissəsinə Cavabdeh3, 1/7 hissəsinə Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızının, 1/7 hissəsinə X13, 1/7 hissəsinə Cavabdeh4, 1/7 hissəsinə X10 vərəsələri olan Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, 1/7 hissəsinə X11 vərəsələri olan Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh8 qanun üzrə vərəsəlik hüquqları tanınsın. X4 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********46 reyestr nömrəli çıxarışla Ağstafa rayonunun Tatlı kəndində yerləşən 0,1 ha torpaq sahəsinin ½ hissəsinin 8/14 hissəsinə İddiaçı həm qanun, həm də vəsiyyət üzrə, 1/14 hissəsinə Cavabdeh3, 1/14 hissəsinə Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızının, 1/14 hissəsinə X13, 1/14 hissəsinə Cavabdeh4, 1/14 hissəsinə X10 vərəsələri olan Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, 1/14 hissəsinə X11 vərəsələri olan Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh8 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı həm qanun, həm də vəsiyyət üzrə, cavabdehlər Cavabdeh1 Möhsüm oğluna, Hacıyeva (Nağıyeva) Məlahət Möhsüm qızına Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar