Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-930/2025 12.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı oğu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat pulun və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 530,40 (beş yüz otuz manat 40 qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2024-cü ilin oktyabr ayında oğlunun dava-dalaş edib işə düşdüyü üçün təcili surətdə 500 manat ehtiyacı olduğu üçün ondan borc pul istəmiş və o da cavabdehi tanıdığı üçün ona əl tutmuşdur. Sonradan cavabdeh pul kartını gətirib ona vermiş və demiş ki, pulu bir dəfəyə qaytara bilmir, kartdan çıxardar. O, kartı yoxladıqda kartda pul olmaduğunu görmüşdür. Odur ki, Cavabdeh 500 (beş yüz) manat pulun və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 530,40 (beş yüz otuz manat 40 qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdeh əvvəllər də iki dəfə borc pul vermiş və etimadını doğrultduğu üçün yenidən 500 manat məbləğində borc vermişdir. Cavabdeh borcu ödəməsi üçün maaş kartını iddiaçıya vermişdir. Lakin cavabdeh karta məhdudiyyət qoyduğu üçün kartdan pul çıxara bilməmişdir. Borcunun ödənilməsi üçün cavabdehə vaxt verməsinə baxmayaraq, o bu günədək borcunu ödəməmişdir. Ona görə də, məcbur olub cavabdehdən qanunsuz saxlanılan pulun tutulmasını xahiş edir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı 500 manat məbləğində borc pul almış, borcunun ödənilməsi üçün maaş kartını iddiaçıya vermişdir. O, isə həmin kartdan istifadə edərək müxtəlif zamanlarda pul çəkmişdir.
5. Məhkəmə tərəfləri dinləyib mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmə tərəfindən verilmiş sorğuya 04 iyul 2025-ci il tarixli cavabından görünür ki, Cavabdeh “OPP” adlı paneldə qeyd olunan məlumatlar pul köçürmə əməliyyatlarında iştirak etmiş və qarşı tərəfə məxsus kart nömrələrini və növbəti qrafada həmin kartların aid olduqları bankları etiva edir. Çıxarışd “Trans_Group” panelində qeyd olunan “Cash”- nağdlaşdırma əməliyyatını, “Ch debit”köçürmə yolu ilə məxaric əməliyyatını, “CH payment”-köçürmə yolu ilə mədaxil əməliyyatını, “Note acceptance”-köşk mədaxil əməliyyatını, “Payment from client contract”-hesabdan silinmələr (məxaric), Payment to client contract”- hesaba mədaxil (ə/h mükafat və s), “Retail”-nağdsız ödənişlər, “UFX Payment Credit offline”-ödəniş terminalları üzrə daxilolmalar (mədaxil), “UFX Payment Debit offline” kredit üzrə silinmələr (məxaric), “UFX Sales Debit offline”-silinmələrə dair (məxaric) əməliyyatlarla kartdakı pulu istifadə etmişdir.
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Cavabdeh İddiaçı oğundan hissə-hissə qaytarmaq şərti ilə 500 manat məbləğində borc pul aldığını, borcun qaytarılmasını təmin etmək məqsədilə iddiaçıya öz əmək kartını təqdim etdiyini bildirmişdir. Lakin cavabdeh həmin kart vasitəsi ilə iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehin karta məhdudiyyət qoyduğu üçün kartdan pul çıxara bilmədiyini, borcunun ödənilməsi üçün cavabdehə vaxt verməsinə baxmayaraq, onun bu günədək borcunu ödəmədiyini bildirmişdir. "xxxx" ASC-nin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdə cavabdeh tərəfindən iddiaçıya olan 500 manat borcun ödənildiyi müəyyən edilməmişdir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
14. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
15. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
17. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Məhkəmə iclasında Cavabdeh İddiaçı aldığı 500 manat borcu qaytardığını bildirsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və həmin hal məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin olunmalı, Cavabdeh 500 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qanunvericiliyin tələbinə uyğundur.
Nəticə hissəsi:
25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat borc pul və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Heyran Mürsəlova