Məhkəmə qərarları › İş №2(015)-935/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-935/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-935/2024 09.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi, ödənilmiş mediasiya xərcinin 25 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, onun cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı iki uşaqları var. Cavabdehlə 2016-cı ildə ayrılmışlar və Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən onun alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş və cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat aliment tutulması qət edilmişdir. Hazırda təyin olunan 260 manat alimentlə uşaqların tələbatını təmin edə bilmir. Belə ki, uşağının birinin ayağında problem var və ancaq ortopedik ayaqqabı geyinməlidir. Hazırda həmin ayaqqabının qiymət isə 140-160 manat aralığındadır. Cavabdeh mediasiya orqanında mediator işləməklə kifayət qədər qazanc əldə edir. Ona görə qeyd etdiklərini nəzər alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, məhkəməyə ərizə təqdim edib göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçıdan sonra təkrar ailə həyatı qurmuş və həmin evliliyindən bir uşağı var. Həyat yoldaşı işləmir. Həmçinin iddiaçıdan əvvəl də ailə həyatı qurmuş və həmin evliliyindən də iki uşağı var və uşaqların anası vəfat etmişdir. Həmin uşaqlara da o, baxır. İddiaçının özünün kifayət qədər əmək haqqı var və 2000 manata yaxın əmək haqqı alır. Həmçinin iddiaçının klinikası və Qazax şəhərində gözəllik salonu var. Özü mediasiya orqanında işləyir və əmək haqqından arayışları məhkəməyə təqdim etmişdir. Himayəsində biri sağlamlıq imkanı məhdud olmaqla 3 uşaq və həmçinin 2-ci qrup əlil 73 yaşlı anası vardır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 25 avqust 2015ci ildə anadan olmuş Məhəmməd və Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra sonra ayda hər uşaq üçün 130 manat, cəmi 260 manat alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(104)-2223/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Qazax Rayon Məhkəməsinin 2(023)- 595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tovuz 1 saylı Mediasiya Təşkilatından daxil olmuş xx.xx.2024-cü il tarixli, 01/2024 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 04 saylı xidməti müqavilə əsasında Tovuz 1 saylı X1 rayonu üzrə mediatoru vəzifəsində işləyir və son 6 ay ərzində aylıq qazancı 2024 mart ayı üçün 153 manat 20 qəpik, 2024 aprel ayı üçün 103 manat 80 qəpik, 2024 may ayı üçün 202 manat 60 qəpik, 2024 iyun ayı üçün 145 manat 80 qəpik, 2024 iyul ayı üçün 123 manat, 2024 avqust ayı üçün 134 manat 40 qəpik olmuşdur. İş materiallarında olan İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində gəlir məlumatları üzrə çıxarışın surətindən görünür ki, o, "Respublika Təcili və X4 Mərkəzi" X7 təcili yardım həkimi vəzifəsində işləməklə 1370 manat, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə baş həkim vəzifəsində işləməklə 180 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə hər uşağa görə 130 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Eyni zamanda iddiaçı hər uşağa görə 235 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qazax Rayon Məhkəməsinin 2(023)-595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısını təşkil edən 25 manatın cavabdehdən tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X8” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X8” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X8” Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 3600 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qazax Rayon Məhkəməsinin 2(023)- 595/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar