Məhkəmə qərarları › İş №2(015)-940/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-940/2024

17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-940/2024 17.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(62)-1861/2017 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan aliment məbləğinin artırılaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş Sabrina və xx.xx.2015-ci il tarixdə anadan olmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, iki uşaq üçün 500 (beş yüz) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, onun cavabdehlə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Sabrina və xx.xx.2015-ci il təvəllüdlü Zeynəb adlı uşaqları anadan olmuşdur. Cavabdehlə 2015-ci ildən ayrılmışlar. Uşaqlar hazırda onun himayəsindədir və Tovuz Rayon Məhkəməsinin 2(62)-1861/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay bir uşaq üçün 136 manat olmaqla, iki uşaq üçün 272 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh hazırda Rusiyada yaşayır və onun 6-7 aydır ki, övladları ilə əlaqəsi yoxdur. Zeynəb adlı uşağının səhhətində problemlər var. Ona görə də təyin olunan alimentlə uşaqların ehtiyaclarını qarşılaya bilmir. Həmçinin özü də Gəncə şəhərində universitetdə laborant işləyir. Cavabdeh Rusiyada meyvə tərəvəz alveri ilə məşğul olmaqla kifayət qədər qazancı var. Həmçinin cavabdeh əvvəllər 500 manat aliment ödəmiş, lakin sonradan 272 manat ödəmişdir. Bu barədə o, məhkəməyə kart məlumatları üzrə çıxarışı sübut kimi təqdim etmişdir. Ona görə qeyd etdiklərini nəzər alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Tovuz Rayon Məhkəməsinin 2(62)-1861/2017 saylı 25 may 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 13 aprel 2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş Sabrina və xx.xx.2015-ci il tarixdə anadan olmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan həkim kağızlarından görünür ki, X1 atopik konjonktivit xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına, həmçinin Zeynəb adlı uşağın səhhətində problemlər olmasına əsaslanmaqla tələb edir. İş üzrə iddiaçı məhkəməyə fotoşəkillər təqdim edərək, cavabdehin yüksək qiymətli avtomobili olmasını və qazancının kifayət qədər olmasını bildirsə də, həmin avtomobilin həqiqətən də cavabdehə məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə hər uşağa görə 136 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Eyni zamanda iddiaçı hər uşağa görə 250 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iş materiallarından da göründüyü kimi, X1 atopik konjonktivit xəstəliyindən əziyyət çəkir. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-1861/2017 saylı 25 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə 400 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X5 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 4800 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 2(62)- 1861/2017 saylı 25 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə 400 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 68 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar