Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ağstafa rayonu İş № 2(015)-968/2024 29.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Mən, Ağstafa Rayon Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasov, X2 Borclu qarşı alimentin alınması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X5 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93, mənzil 24-də yaşayan, “X6 rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” X8 işləyən Borclu hər ay qazancının və başqa gəlirlərinin üçdə bir miqdarında alimentin tutularaq övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X5 tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci ilin sentyabr ayında ailə qurmuşdur. Nikahları xx.xx.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 42 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Həmin uşaqlar hal-hazırda onun yanında yaşayırlar. Cavabdehlə iki ildir ki ayrılmışlar. Hal-hazırda uşaqları saxlamaqda çətinlik çəkir və onların artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdeh hazırda “X6 rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” X8 işləyir və hər ay 3750 (üç min yeddi yüz əlli) manat əmək haqqı alır. Onun əmək haqqından başqa gəlirləri də vardır. Ona görə də xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanılması üçün Borclu hər ay qazancının və başqa gəlirlərinin üçdə bir miqdarında alimentin onun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə X2 tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, Nino İsmayılova ilə Borclu arasında nikah 16 yanvar 2009-cu il tarixdə bağlanmış, onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl isə mediasiya prosesinə müraciət etmiş, lakin cavabdeh gəlmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci və 76.1.2-ci maddələrinə müvafiq olaraq, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulur. İş materiallarından göründüyü kimi Borclu “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti” X8 Departament müdiri vəzifəsində işləməklə, 3750 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi kreditor məhkəməyə 25 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Göründüyü kimi kreditorun tələbi alimentin alınması ilə bağlı olmaqla aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizə üzrə məhkəmə əmri verilə bilər. Beləliklə hesab edirəm ki, Borclu 25 iyul 2024-cü il tarixdən başlayaraq, xx.xx.2010cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında aliment X2 xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiyməti 100 manat olmasını, kreditorun dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 100 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə əmri dərhal icra yönəldilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq, Əmr etdim : xx.xx.1986-cı ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olan Borclu 25 iyul 2024-cü il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında aliment xx.xx.1986-cı ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olan X2 xeyrinə ödənilsin. Borclu 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmə əmri dərhal icraya yönəldilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-968/2024
Ağstafa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(015)-968/2024
29.07.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver