Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-995/2024 03.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(015)-503/2022 saylı qətnaməsi ilə azyaşlı qızı 01 mart 2011-ci ildə doğulmuş X3 və 28 may 2013-cü ildə doğulmuş oğlu X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində tutulan 140 manat alimentin məbləğini artıraraq uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış meyarı həcmində, yəni hər ay hər bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, onun cavabdehlə birgə nikahlarından qızı 01 mart 2011-ci ildə təvəllüdlü Ayan və 28 may 2013cü il təvəllüdlü Nihat adlı iki uşaqları var. Cavabdehlə ayrılmışlar və Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən bir uşaq üçün 140 manat olmaqla, iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh hazırda məktəbdə mühafizəçi işləyir. Onun əmək haqqısından hər ay 215 manat pul alimentə tutulur. Hal-hazırda 4000 manat aliment borcu var. Cavabdeh əlavə olaraq usta işləyir, həmçinin onun mal-qarası da var. Təyin olunmuş aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılaya bilmir. Özü hazırda müvəqqəti olaraq Qazax dövlət sosial-iqtisadi kollecində işləyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərdi ki, o, hazırda məktəbdə mühafizəçi işləyir və 300 manat əmək haqqı alır. Onun əmək haqqısının hər ay 70 faizi alimentə tutulur. 4000 manat aliment borcundan da hissə-hissə ödənişlər edir. Əlavə gəlir yeri yoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahlarından 01 mart 2011-ci il təvəllüdlü X5 və 28 may 2013-cü il təvəllüdlü X6 adlı iki uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)- 503/2022 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-378/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 01 mart 2011-ci il təvəllüdlü X5 və 28 may 2013-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində gəlir məlumatları üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən işə götürülməklə bina gözətçisi vəzifəsində işləyir və 359 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(015)- 503/2022 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-378/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 01 mart 2011-ci il təvəllüdlü X5 və 28 may 2013-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Cavabdehin aylıq əmək haqqının hər ay 70 %-i miqdarında aliment tutularaq iddiaçıya ödənilir. İddiaçı hər uşağa görə 235 manat olmaqla, iki uşağa görə 470 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-995/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-995/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver