Məhkəmə qərarları › İş №2(016)-10/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-10/2023

30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-10/2023 30.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babazadə Qurban ilqar oğlunun katibliyi, Cаvаbdеh X5 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cаvаbdеh X7 qаrşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağsu rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X7 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 124449,21 manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq cəmiyyətin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdeh X5 borcunda azalmalar müşahidə edildiyini, cavabdeh işdən çıxdıqdan sonra onun adına olan sistem koduna ödənişlər daxil olduqdan sonra yekun borcu barədə hesablaşma cədvəli çıxarıldığını və cavabdehin yekun borcunun 70491,21 manat təşkil etdiyini qeyd etmişlər. Odur ki, cavabdeh X4 70491,21 manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq “Zəhmət Ruzi" MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə iddiaçı “Zəhmət Ruzi “ MMC arasında xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh X10 xx.xx.2020-il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləyib. Daha sonra cavabdeh ilə Əmək Müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə cavabdeh X1 müxtəlif tarixlərdə müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 124449,21 (bir yüz iyirmi dörd min dörd yüz qırx doqquz manat 21 qəpik) manat məbləğində pulu bu günə kimi ödəməmişdir. Bu barədə işçinin işdən azad edilən zaman yoxlamalardan sonra qalıq borcun qeyd edilməsi barədə dövriyyə vərəqəsində qeydlər aparılmışdır. İddiaçı "xxxx" MMC tərəfindən dəfələrlə cavabdeh X7 şifahi və rəsmi pretenziya qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində olan borc qalığın ödənilməsi tələb olunmasına baxmayaraq cavabdeh Ş.Kərimova bu günə kimi heç bir ödənişi həyata keçirməmişdir. Cavabdehə tərəflərindən mediasiya bildirişi göndərilərək mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiyanın keçirilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin ilkin mediasiyada həll edilməsi mümkün olmamışdır. Hesab edirlər ki, həmin vəsait vaxtında qaytarılmış olsa idi, Cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasınını vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Əvvəlki məhkəmə iclaslarında izahat verən iddiaçının nümayəndəsi X2 göstərmişdir ki, cavabdeh X10 ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh X10 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Daha sonra cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi dövrdə şirkətdən götürdüyü malların qalıq borcu qalmışdır. Onun adına olan hesab fakturada borc məbləği iddia tələbində qeyd olunan kimidir. Ondan əvvəlki dövrdə ticarət obyektlərinə paylanılan malların borcunu o, özü könüllü olaraq qəbul etmişdir. Hazıradək həmin pulların hamısı artıq qayıdıb və qalıq borc da hazırda cavabdehin borcudur. Lakin şəbəkəyə başqa yerlərdən də pullar daxil olduğu üçün əvvəlki işçinin borcu üzrə siyahını çıxarmaq çətindir. Şəbəkəyə bəzi fiziki şəxslər də köçürmə edir. Şahin Kərimovun Cəmiyyətə qaytardığı pulların siyahısını da çıxardaraq məhkəməyə təqdim etmiş, 6877 manat Şahin Kərimovun mağazalardan alacağı pul məbləğidir, 70000 manat isə pərakəndə satışdan qalan pul məbləğidir. Borc üzrə məsuliyyət Şahin Kərimovun üzərindədir. Şahin Kərimov şirkətdən öz istəyi ilə ayrılmış, aralarında hər hansı mübahisə olmamışdır. Cavabdeh X10 məhkəmə iclaslarında verdiyi izahatlarda göstərmişdir ki, iddia tələbi əsassızdır. 2019-cu ilin aprel ayından "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, 2020-ci ldən rəsmi şəkildə işləyir. İşlədiyi dövrdə məhsulları müxtəlif obyektlərə paylamış, satışdan əldə olunmuş pulları şirkətin kassasına qaytarmışdır. Böyük mağazalara məhsulu 15%-lə vermişlər. Məhsul xarab olduqda isə şirkət cavabdehliyi öz üzərinə götürürmüş. 27% yox, 4% pul almışlar. Şəbəkəyə nəzarət onun üzərində olduğu zaman artıq yükləmə etmirmiş. Borc yalnız sənəd üzərində alınırmış. Gözlə görünmürmüş. Şirkətin verdiyi mallar ona borc kimi yazılırmış. Pulları təhvil verdikdən sonra isə borclar silinirmiş. İddiaçı ondan əvvəl şirkətin almalı olduğu borca görə onu cavabdeh hesab edir. Həmin borcun məbləği 124000 manat təşkil edirmiş. Daha əvvəl isə 137000 manat məbləğində borc var imiş. İşlədiyi dövrdə həmin məbləğ azaltmışdır. Məhsulları təhvil alarkən və təhvil verərkən çeklə etmişdir. Ona yüklənmiş borcla razı deyil. Həmin pullar ölü pullar sayılır. Hansı ki, ondan əvvəlki işçiyə də onun kimi daha əvvəlki işçidən keçibmiş, yəni ondan əvvəl də 124000 manat məbləğində borc var imiş. Vəzifəsi məhsulları xarab olmadan lazımi obyektlərə çatdırmaqdan ibarət idi. Mallar veriləndən sonra onların pulları satıldıqdan sonra ticarət obyektləri tərəfindən ödənilirmiş. Mübahisə predmeti olan pul məbləğinin heç bir sənədi yoxdur. Hazırda yenidən əvvəlki işində işləyib həmin pulları yığmağa hazırdır, işinə qaytarsalar şirkətin əvvəldən yığılmış borcunun qalıq hissəsini yığmağa çalışar. Qeyd edilən borc məbləği ona aid deyil, şirkətə aiddir. Bunu iddiaçının nümayəndəsi də etiraf etmişdir. İşdən çıxdıqdan sonra Rahat marketin adına olan 40000 manat borc silindi. Şirkətdən öz istəyi ilə ayrılmış, aralarında hər hansı mübahisə olmamışdır. Əgər onun dövründə həmin borc yaransa imiş, həmin pul ondan tələb edilərmiş və yeni məhsul verilməzmiş. Belə ki, 3 aydan bir hesabat verib imza edirmiş, çıxdığı zaman onunla heç kim təhvil-təslim aparmamış, borcla bağlı ondan heç kim pul tələb etməmiş və o, heç bir sənədə imza etməmişdir. 11 noyabr 2022-ci ildə keçirilmiş məhkəmə iclasında izahat verən mühasib X8 göstərmişdir ki, "xxxx" MMC-də baş audit olaraq 2020-ci ilin aprel ayından fəaliyyət göstərmişdir. İşə qəbul olanda həmin borcun Şahin Kərimovun adına qeyd olunduğunu görmüşdür. Həmin borc məbləği Şahindən əvvəl şirkətdə işləyən Pərviz adlı işçinin adından Şahinin öhdəliyinə keçmişdir. Borcun əsas hissəsi “Araz” və “Rahat” supermarketlər şəbəkəsindən gəlibmiş. Hazırda həmin borc Şahinin adına olduğu üçün Şahin məsuliyyət daşıyır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə X10 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, işin birinci 3 həftəsi sınaq müddəti müəyyən edilməklə 1 ay müddətinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X10 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixli, 109/k nömrəli əmrlə xitam verilmişdir. - xx.xx.2020-ci il tarixdə X10 tərəfindən imzalanmış "xxxx" MMC sürücüekspeditorunun Vəzifə Təlimatının surətindən görünür ki, sürücü-ekspeditor bilavasitə X11 tabedir. Təlimatın 2.6-cı bəndindən görünür ki, rəhbərliyin sürücü-ekspeditorları prosedura uyğun sənəd dövriyyəsini təmin etməlidir (Anbardan göründüyü məhsula görə çıxış və ödəmiş sənədələri imza etməlidir). Təlimatın 2.13-cü bəndindən görünür ki, rüblük debitor borcların üzləşdirilməsi aparılmalı və təsdiq etməlidir. Təlimatın 2.14-cü bəndindən görünür ki, satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə hesabatları hazırlayıb mütəmadi bölgə müdirinə təqdim etməlidir. - xx.xx.2020-ci il tarixdə imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, X10 əmək müqaviləsinə əsasən icrası nəzərdə tutulmuş işlərə görə ona verilmiş maddi dəyəri olan bütün növ əşyaları-mal-material, alət, avadanlıq, ləvazimatlar, qurğular və s. - qorunub saxlanması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. - "xxxx" MMC-nin Maliyyə Departamentinin təqdim etdiyi debit, kredit və qalıq cədvəlindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixinə qalıq 138029,35 manatdır. - X10 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli X6 görünür ki, xx.xx.2021-ci il tarixə "xxxx" MMC-nin debet qrafasında 133235,23 manat qeyd edilmiş, X5 qarşısında isə debet və ya kredit qrafasında hər hansı rəqəm qeyd edilməmişdir. - İşdən azad olunan işçinin dövriyyə vərəqəsindən görünür ki, satış təmsilçisi X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci iltarixədək işlədiyi müddət ərzində "xxxx" MMC-yə 124491,21 manat borcu vardır. Lakin qeyd olunan sənəd X10 tərəfindən imzalanmamışdır. - Borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 08 saylı pretenziyadan görünür ki, "xxxx" MMC X4 10 gün müddətində 133235,23 manat məbləğində şirkətə dəymiş ziyanın ödənilməsini tələb etmişdir. - xx.xx.2022-ci tarixdə "xxxx" MMC-nin Audit Şöbəsi tərəfindən təsdiq edilmiş 31 mart 2022-xx.xx.2022-ci il tarixlərində Kərimov Şahin – müştərilərlə hesablaşma cədvəlindən görünür ki, 31 mart və 30 aprel 2022-ci il tarixlərdə Araz Supermarket MMC və ANC Group MMC tərəfindən cəmi 54000 manat ödəniş edilmiş, qalıq borc 70491,21 manat olmuşdur. - 121 vərəq Hesab fakturalardan görünür ki, Kərimov Şahinin adına 297581,83 manatlıq mal verilmiş, həmin hesab fakturalar müxtəlif şəxslər tərəfindən imzalanmış, 21762,44 manatlıq hesab faktura isə ümumiyyətlə imzalanmamışdır. - 110 vərəq X12 görünür ki, Kərimov Şahin tərəfindən 216856,39 manat ödəniş edilmişdir. - Satış təmsilçisi Şahin Kərimovun Cəmiyyətə vurduğu maddi ziyanın müəyyən edilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X5 31 mart 2021-ci il tarixli üzləşmə aktında göstərilən qalıq 133235,23 manat borc məbləğindən satış təmsilçisi Ş.Kərimov tərəfindən xx.xx.2021-ci il tarixədək ayrı-ayrı vaxtlarda kassaya nağd şəkildə cəmi 3425 manat məbləğində pul ödənilmişdir. 31 mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Ş.Kərimovun koduna köçürmə və nağd yolu ilə daxil olan, o cümlədən silinən və iadə olunan malların ümumi məbləği çıxıldıqdan sonra 30 aprel 2022-ci il tarixdə Şahin Kərimovun “Zəhmət Ruzi “MMC-nə 70491,21 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(0160-731/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında X5 işlədiyi dövrdə satdığı mallar və onlara görə edilən ödənişlərin məbləği nə qədər olması, X5 işlədiyi dövrdə təhvil aldığı mallara görə edilmiş ödənişlər üzrə qalıq borcu qalmışdırsa, nə qədər qalması, X5 işlədiyi dövrdə işləri təhvil alan zaman qalıq borc kimi götürdüyü öhdəlikdən ödəniş etmişdirmi, etmişdirsə nə qədər etmişdir sualları qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti məhkəmə ekspetizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixdə 9/166 saylı məlumatla məhkəməyə müraciət edərək ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə X5 işlədiyi dövrə dair mühasibat sənədləri (qaimə fakturalar və.s) təqdim edilməsi xahiş edilmiş, lakin bir aydan artıq müddət keçməsinə baxmayaraq həmin vəsatətin təmin edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh X10 ilə iddiaçı “Zəhmət Ruzi “ MMC arasında xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh X10 xx.xx.2020-il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. İddia ərizəsinin tələbinə görə cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmış, belə ki, cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 124449,21 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. İlk olaraq iddiaçı qeyd edilən məbləği cavabdehdən tələb etsədə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdeh X5 borcunda azalmalar müşahidə edildiyini, cavabdeh işdən çıxdıqdan sonra onun adına olan sistem koduna ödənişlər daxil olduqdan sonra yekun borcu barədə hesablaşma cədvəli çıxarıldığını və cavabdehin yekun borcunun 70491,21 manat təşkil etdiyini qeyd edərək cavabdehdən həmin məbləğ tələb edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh X10 məhkəmə iclaslarında verdiyi izahatlarla iddia tələbinə etiraz edərək göstərmişdir ki, daha əvvəl ona yazılan borc 137000 manat məbləğində olmuş, sonradan ödənişlər gedərək 124000 manat təşkil etmişdir. Həmin borc məbləğləri ondan əvvəlki işçiyə də onun kimi daha əvvəlki işçidən keçmişdir. Yəni işə qəbul olduqdan sonra əvvəlki işçinin adında olan borc məbləği onun borcu kimi müəyyən edilmişdir. Bu hal məhkəmə iclasında izahat verən mühasib X3 izahatı ilə də əksini tapmışdır. Belə ki, Azər Şahmərdanov izahatında qeyd etmişdir ki, "xxxx" MMC-də baş audit olaraq 2020-ci ilin aprel ayından fəaliyyət göstərmiş, işə qəbul olanda həmin borcun Şahin Kərimovun adına qeyd olunduğunu görmüşdür. Lakin həmin borc məbləği Şahindən əvvəl şirkətdə işləyən Pərviz adlı işçinin adından Şahinin öhdəliyinə keçmişdir. Dəfələrlə iddiaçının nümayəndəsindən cavabdehin işlədiyi dövrdə satdığı mallar və onlara görə edilən ödənişlərin məbləği, eyni zamanda təhvil aldığı mallara görə edilmiş ödənişlər üzrə qalıq borcuna dair hər hansı sübutun məhkəməyə təqdim edilməsi tələb edilsədə “şəbəkəyə başqa yerlərdən də pullar daxil olduğu üçün siyahını çıxarmağın çətin olduğunu, şəbəkəyə fiziki şəxslərin də köçürmə etdiyini” bildirmiş, eyni zamanda təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı ekspertin vəsatətinə əsasən X5 işlədiyi dövrə dair mühasibat sənədlərinin təqdim edilməsi xahiş edilsədə həmin vəsatətin təmin edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş fakturalardan və X12, həmçinin hesablaşma cədvəlindən görünür ki, müxtəlif şəxslər tərəfindən imzalanmış hesab fakturalarla Kərimov Şahinin adına 297581,83 manatlıq mal verilmiş, 21762,44 manatlıq hesab faktura isə ümumiyyətlə imzalanmamış, Kərimov Şahin tərəfindən 216856,39 manat ödəniş edilmiş, 31 mart və 30 aprel 2022-ci il tarixlərdə Araz Supermarket MMC və ANC Group MMC tərəfindən cəmi 54000 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin adından götürülmüş hesab fakturalar üzrə malların əvəzi Kərimov Şahin tərəfindən kassa mədaxil orderi və şirkətlər tərəfindən köçürmə yolu ilə ödənilmiş, qalıq məbləğ üzrə cavabdehin adından götürülmüş hesab fakturalarda göstərilən malların Kərimov Şahin tərəfindən götürülməsi ilə müəyyən edilməmişdir (hesab fakturalarda cavabdehin ümumiyyətlə imzaları olmamışdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçı cavabdeh iddiaçı "xxxx" MMC cavabdeh Şahin Kərimovdan 70491,21 manat pul tələb etsədə, həmin məbləğdə ziyanın cavabdeh tərəfindən dəyməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cаvаbdеh X7 qаrşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cаvаbdеh X7 qаrşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar