Məhkəmə qərarları › İş №2(016)-1236/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1236/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1236/2023 11.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 6.350 manat məbləğində pul vəsaiti və iddia ərizəsi üçün ödənilən 83,50 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıqla məşğul olur, Kürdəmir Bazarında Mebel Mağazası var. Cavabdehi Ağsu sakini kimi tanımış, əvvələr də onun mağazasından məişət əşyaları almışdır. xx.xx.2022-ci ildə Cavabdeh ona məxsus olan mağazaya gələrək qızına cehiz əşyaları almaq istədiyini söyləmişdir. xx.xx.2022-ci ildə Cavabdeh 10.038 manat məbləğində cehiz əşyalarını ondan götürərək müqavilə bağlamış, ilkin ödəniş kimi 800 manat vermişdir. Qalıq borcu 9.238 manat pulu aylıq 257 manat olmaqla ödəyəcəyinə razılaşmışlar. Cavabdeh ona olan 9.238 manat borcundan 2.888 manat pul qaytarmışdır. Bir neçə ay keçməsinə baxmayaraq, borcunu ödəmir və ödəməyəcəyini bildirmişdir. Cavabdeh kartını onlara təqdim etmişdir ki, özü gedib gələ bilmir, borcu ordan çıxılsın. Bir müddət sonra cavabdeh gəlib kartı almış, pul çıxarıb gətirəcəyini demiş, lakin kartı ona verdikdən sonra bir daha gəlməmiş və borcunu da ödəməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Abdullayeva Dilbər onun qızıdır. Onun üçün götürdüyü cehizliyin pulunu qəpiyinə kimi vermişdir. Sonra ikinci qızına da cehizlik əşyalar almağa getmiş, əvvəldən 800 manat borcu qalmış, onu da ödəmişdir. Yenidən iddiaçıdan mal götürmüş, pensiya kartını ona vermişdir. Ehtiyacı olduğu üçün kartı ondan almış, demişdir ki, yoldaşı yataq xəstəsidir. Buna görə də karta köçən pulun 200 manatı onun olsun, qalanı iddiaçının. Amma iddiaçı razılaşmamışdır. İddiaçıya 6.350 manat məbləğində borcunun olduğunu etiraf edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 10.038 manat dəyərində cehiz əşyaları satılmışdır. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 83,90 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 10.038 manat dəyərində nisyə cehiz əşyalarını satmış, cavabdeh ilkin olaraq 800 manat ödəniş etmiş, daha sonra borcundan 2.888 manat pul qaytarmış, qalan 6.350 manat məbləğində borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan nisyə cehiz əşyaları alması iş materiallarına əlavə edilmiş müqavilə və cavabdehin özünün etirafı ilə təsdiq olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən 6.350 manat məbləğində pulu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.350 (altı min üç yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,50 (səksən üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar