Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-125/2023 06.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 cavabdeh “Azəriqaz” X10 X13 İdarəsinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh “Azəriqaz” X10 X13 İdarəsinə qarşı Azəriqaz” X7 X13 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Ağsu Xidmət Sahəsi tərəfindən yaşadığı Ağsu rayonu, Pirhəsənli kəndində smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidməti və nəzarəti də məhz X5 Ağsu Xidmət Sahəsi tərəfindən həyata keçirilir. Həmin sayğaca müvafiq qaydada yüklədikləri qazı istifadə edirlər. Yəni demək istəyir ki, həmin sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Bundan əlava onu da nəzərə çatdırır ki, həmin sayğac küçədə quraşdırıldığından ona nəzarət etmə onun iradəsindən kənardır.Mövcud Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o abunəçi olaraq məsuliyyət daşımır.Halbu ki,həmin nasazlıq əgər həqiqətən varsaonun iştirakı ilə araşdırlmadan ona qanunsuz və əsassız olaraq X5 Ağsu Xidmət Sahəsi tərəfindən 172,80 manat məbləğində cərimə hesablanmış və həmin məbləğin ödənilməsi barədə bildiriş də göndərilmişdir. Bildirişdə həmin akt əsasında cavabdeh X6 172,80 manat məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Həmin məbləğin silnməsini tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Bildirdi ki, iki gözlü qaz sobası işlədir. Qaz sobası ilə bərabər odundan da istifadə edir. Üç-dörd ildən bir sayğacı dəyişirlər. Heç bir müdaxilə etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” X9 sayğacının yoxlanması barədə xx.xx.2022-ci il tarixli, MSK-29/1710- 03139-1 saylı aktından görünür ki, **********4 nömrəli sayğac “Azəriqaz” İstehsalat Birliyinin SOCAR**********30991710x03139-1 saylı, 15 avqust 2022-ci il tarixli telefonoqramına əsasən 19 avqust 2022-ci il tarixində əhali sektorunda istismarda olan Ağsu RQİİ-dən Metrologiya Departamentinə gətirilmiş Fransa istehsalı Smart G4 markalı İron tipli qaz sayğacı 19 sentyabr 2022-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. - “Azəriqaz” İstehsalat Birliyinin 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktından görünür ki, X3 məxsus Smart G-4 markalı,**********4 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli, AKT № MSK-29/1710- 03139-1 saylı rəyə əsasən sayğaca baxış keçirilmişdir. Sayğacın informasiya düymələri gec reaksiya verir. Hesablama mexanizmi minimal sərfiyatda keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. - 18 oktyabr 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03139-1 №-li aktından görünür ki, G-4 markalı, **********4 nömrəli sayğacın element yuvasının qapağının ətrafında az miqdarda kənar təsir izi mövcuddur. Hesablama mexanizmi minimal sərfiyatda keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4*12*30=1440 kub metr sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, abonent Mirzəliyev Hasil tərəfindən 2021-ci ilin yanvar ayında 1090, fevral ayında 800, mart ayında 822, aprel ayında 185, may ayında 170, iyun ayında 110, iyul ayında 72, avqust ayında 56, sentyabr ayında 100, oktyabr ayında 324, noyabr ayında 520, dekabr ayında 720, 2022-ci ilin yanvar ayında 974,9, fevral ayında 560, mart ayında 490, aprel ayında 230, may ayında 100, iyun ayında 45, iyul ayında 60, avqust ayında 100, sentyabr ayında 124, oktyabr ayında 260, noyabr ayında 139 kub metr qaz sərf edilmişdir. - xx.xx.2022-ci il tarixli, 228 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq “Azəriqaz” İB şəxsində bir tərəfdən və bundan sonra X1 şəxsində Azərbaycan Respublikasının mülkiqanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrində korroziya izlərinin olduğu, sayğacın klapanının sınıq olduğu, giriş yivli birləşmənin gövdəyə birləşən hissəsinə yapışqanlı maddə vurulması, sayğac mənfiyə işləməsi və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 172,80 manat borc iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaca görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X10 X13 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçı X3 itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat borc silinməli və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X10 X13 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçı X3 itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat borc silinsin. “Azəriqaz” X10 X11 İdarəsindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(016)-125/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-125/2023
06.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver