Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1284/2024 16.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2800 AZN borcunun və 48 manat ödənilmiş dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Cavabdehi əvvəllər tanımamışdır. Cavabdeh onların kəndinin yaxınlığında 2016-2017-ci illərdə pambıq əkini ilə məşğul olmuşdur. Həmin vaxt ona müraciət edərək onun pambıq sahəsində işləməyi xahiş etmişdir. Bu məqsədlə aralarında müqavilə bağlanmışdır. 2016-2017-ci illərdə onun pambıq sahəsində gözətçi və fəhlə kimi işləmişdir. Hər ay gözətçi işləməyə görə 150 manat verməli imiş. Cavabdeh ona ümumilikdə 3800 manat pul verməliymiş. Həmin puldan 1000 manat vermiş, 2800 manat borcu qalmışdır. O, dəfələrlə onun telefonuna zəng vuraraq pulunu tələb etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh hər dəfə onu aldadaraq pulunu qısa müddət ərzində verəcəyini bildirmişdir. Lakin o, verdiyi vədə əməl etməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsin xahiş etdi, əlavə olaraq qeyd etdi ki, sadəcə əmək haqqını tələb edir. Orada işləyib, sulayıb, becərib. Bununla bağlı şahidlərinin də olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, evi yanmışdır, iş materiallarına əlavə etdiyi əmrin əsli həmin yanğın vaxtı yanmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, iddiaçının dedikləri həqiqəti əks etdirmir. Atası pambıq əkmişdir, pambıq yığımına kimi atası rəhmətə getmişdir. Bundan sonra 20 qəpiyə pambıq yığdırmışlar. Ümumi 1600 manat pul toplanmışdır. Həmin vaxt iddiaçı gəlib demişdir ki, atasına köməklik edib, o da halallıq olması üçün həmin pulun yarısını, yəni 800 manatını iddiaçıya vermişdir, sonra isə iddiaçı qızına toy etdiyini bildirmiş və pul istəmişdir. O, da 300 manat pul vermiş və demişdir ki, sənə toy pulu olsun. Müqavilə saxtadır, tam əsassızdır, həmin sənədi kim yazıb, kim imzalayıb məlumatları yoxdur. Qalan vaxtda onun orda köməkçiyə ehtiyacı olmamışdır. Ümumiyyətlə bu məsələ hüququnu tapmır. Fermanın fəaliyyəti bağlanmışdır. Kağızın kimə aid olduğunu bilmir. Bu səbəbdən də iddianın əsassız olaraq rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, həmin ərazi onun icarə torpağı ilə qonşudur. İddiaçı orada gözətçi işləmişdir. Həmin torpaq sahəsinin 10 ha ərazisində pambıq əkilmişdir. Su bölgüsünü də İddiaçı aparırdı. Rəhmətlinin övladları ilə aralarında pul mübahisəsi olmuşdur. Onun da nəzarətçisi olub, aylıq 200 manat maaşı olub. Əkin sahəsi ildə 4-5 dəfə suvarılır, hər hektar 10-15 manata suvarılır. Alaq günəmuzd 5-10 manata təmizlənir. Ancaq İddiaçı aylıq işləyirmiş, aylıq əmək haqqısının nə qədər olmasından və ümumiyyətlə əmək haqqı alıb almamasından məlumatı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhdud Məluliyyətli “Həmid” k/f təsərrüfatı üzrə sərəncam № 1-in surətindən görünür ki, İddiaçı “Həmid” k/f təsərrüfatı üzrə qış otlaq sahəsinə gözətçi təyin edilmiş, əmək haqqı aylar üzrə 150 manat olmaqla müəyyən edilmişdir. - Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Ərəbqubalı Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 365 nömrəli arayışın surətindən görünür ki, şahidlərin verdiyi məlumata görə Ağsu rayon sakini Cavabdeh Kürdəmir rayonunun dövlət ehtiyat fond torpağında müvəqqəti müqavilə ilə götürdüyü torpaq sahəsində əkdiyi pambıq əkini ilə məşğul olmuş və İddiaçı pambıq əkinin becərilməsində 2016-2017-ci illərdə sonacan iştirakçı olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 2016-2017-ci illər ərzində cavabdehin əkdiyi pambıq sahəsində işləmiş, ona işi müqabilində 1000 manat ödəniş edilmiş, cavabdehin 2800 manat borcu qaldığını qeyd etmiş və həmin pulun tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxış edərək atasının 2017-ci ildə vəfat etdiyini və atasının heç kəsə borcu olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı dediklərinə dair hər hansı sənəd təqdim etməmiş və buna dair mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İş materiallarına əlavə edilmiş Məhdud Məluliyyətli “Həmid” k/f təsərrüfatı üzrə 01 nömrəli sərəncamı ilə İddiaçı “Həmid” k/f təsərrüfatı üzrə qış otlaq sahəsinə gözətçi təyin edilmiş və əmək haqqının aylar üzrə 150 manat olması müəyyən edilmişdir. Lakin Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş 01 nömrəli sərəncamın surətinin kim tərəfindən yazılması və imzalanmasını müəyyən etmək mümkün olmamışdır. Bu halın daha ətraflı araşdırılması üçün qeyd olunan sənədin əslini iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmiş, həmin sənədin məhv olduğunu bildirmiş, cavabdeh tərəf isə belə bir sənədin olmadığını, sənədin saxta olduğunu, həmin sənədi kimin yazdığı, kim tərəfindən imzalandığı, kimə aid olduğunu bilmədiyini qeyd etmişdir. Məkhəmə araşdırması zamanı qeyd edilən sənədin mövcud olub-olmaması müəyyən edilə bilməmiş, eyni zamanda tərəflər arasında əmək müqaviləsinin bağlanması aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi Məkhəmə araşdırması zamanı İddiaçı Cavabdeh ilə əmək müqaviləsi bağlamasını, cavabdehin ona 2800 manat pul borclu olmasını, bunun nəticəsində cavabdehin əsassız varlanmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçının cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1284/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1284/2024
16.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver