Məhkəmə qərarları › İş №2(016)-137/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-137/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-137/2023 14.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin cavabdeh X2 oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB(Azərbaycan)”ASC cavabdeh X2 oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331157-CNS-26712 saylı “krediti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə 5533,13 manat məbləğində əsas borc, 574,05 manat məbləğində faiz üzrə borcu 533,25 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 6640,43 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 86,40 manat dövlət rüsumunun X2 oğlundan tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331157-CNS- 26712 saylı “krediti müqaviləsi”nə əsasən cavabdehə illik 16,9% hesablanması şərti ilə 60 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir.Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 5533,13 manat məbləğində əsas borc, 574,05 manat məbləğində faiz üzrə borcu 533,25 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 6640,43 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan"ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X2 oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331157-CNS-26712 saylı “krediti müqaviləsi”ndən görünür ki, cavabdehə illik 16,9% hesablanması şərti ilə 60 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. X2 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “Bank VTB(Azərbaycan)” ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 oğlunun xx.xx.2022-ci il tarixə “Bank VTB (Azərbaycan)” ASC-yə 6640,43 AZN borcu vardır. - “Bank VTB(Azərbaycan)” ASC-nin xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, X2 oğluna Bank qarşısında olan 5937,71 manat məbləğində borcu 3 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “Bank VTB(Azərbaycan)” ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 86,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331157-CNS- 26712 saylı “krediti müqaviləsi”nə əsasən cavabdehə illik 16.9% hesablanması şərti ilə 60 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. X2 oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq həmçinin hesab edir ki, 533,25 manat miqdarında cərimə pulu 5533,13 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 100 manat saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 86,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 86,40 manat dövlət rüsumunun 5,64 manatı iddiaçıya, 80,76 manatı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331157-CNS- 26712 saylı “krediti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə 5533,13 manat məbləğində əsas borc, 574,05 manat məbləğində faiz üzrə borc, 100 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 6207,18 manat pul məbləği, həmçinin 80,76 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X2 oğlundan tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,64 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331157-CNS-26712 saylı “krediti müqaviləsi"nə əsasən xx.xx.2022-ci il tarixinə 5533,13 manat məbləğində əsas borc, 574,05 manat məbləğində faiz üzrə borc, 100 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 6207,18 manat pul məbləği, həmçinin 80,76 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X2 oğlundan tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5,64 manatı iddiaçıya aid edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar