Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1413/2025 02.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X22 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaradılması” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaradılması vəzifəsinin qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideynlərinə məxsus ünvan 1 ünvanında yerləşən 0,12 həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədləşmə (inventarlaşdırılma, müvafiq ölçü işləri və s.) işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında valideynlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Valideynləri sağlığında həmin torpaq sahəsindən bir hissəni cavabdeh olan qardaşı Cavabdeh ayırıb vermişlər, 0,12 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi isə valideynlərinin istifadəsində qalmışdır. O da həmin ünvanda anadan olmuş və hal-hazırda mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi onun istifadəsindədir. Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN 1449A, kod 40901004 saylı şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi o və ailə üzvləri olmaqla 4 nəfərin ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən biri olan anası X16 xx.xx.2006-cı ildə vəfat etmişdir. Həmin torpaq sahəsində anası X7 miras qalmış hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar o, 2022-ci ildə Şamaxı regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Onun müraciətilə bağlı olaraq həmin ilin avqust ayında notariat ofisi tərəfindən həmin torpaq sahəsinə dair çıxarışın verilməsi üçün AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə məktub göndərilmişdir. Reyestr xidmətinin əməkdaşları dəfələrlə torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin inventarlaşdırılması və müvafiq ölçü işlərinin aparılması üçün göstərilən ünvanda olmuşlar, lakin cavabdeh və ailə üzvləri reyestr xidmətinin əməkdaşlarına öz işlərini həyata keçirməyə imkan verməmiş, əsassız mübahisələr yaratmış və bunun nəticəsində reyestr xidməti tərəfindən torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə dair çıxarışın verilməsi mümkün olmamışdır. Çıxarış verilməməsi nəticəsində də vərəsəlik işini yekunlaşdırmaq mümkün deyildir. Sonuncu dəfə 2025-ci ilin avqust ayında yenidən özüm əmlaka çıxarış verilməsi üçün AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin yenə də cavabdeh və ailə üzvləri reyestr xidmətinin əməkdaşlarına ölçü işləri aparılmasına imkan vermədilər. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2025-ci il tarixli məktubda da torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin inventarlaşdırılması və müvafiq ölçü işlərinin aparılması məqsədilə idarənin mütəxəssisləri əmlakın yerləşdiyi ərazidə olmuşlar, lakin mübahisə mövcud olduğuna görə ölçü işlərinin aparılması mümkün olmamışdır. Bundan əlavə, bu barədə polisə də müraciət etmiş, lakin polisdən də məhkəməyə müraciət etməyini bildirmişdirlər. Hal-hazırki vaxtadək cavabdehin qanunsuz hərəkətləri davam edir, cavabdeh qanunsuz hərəkətləri ilə əmlaka dair lazımi sənədləşmə işləri aparılmasına maneçilik yaradır və bütün bunların nəticəsində anasından miras qalmış əmlakın vərəsəlik qaydasında bölünməsi və həmin əmlaka vərəsəlik şəhadətnaməsi almaq mümkün deyildir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 1987 saylı məktubundan görünür ki, mərhum X7 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən Şamaxı regional “Asan xidmət” mərkəzidə notariat ofisinə müraciət daxil olmuşdur. Ağsu rayonu ərazisində yerləşən daşınmaz əmlaklara yüklülüyün və məhdudiyyətin olub olmaması barədə arayış (Forma 1) və ya çıxarış verilməsi xahiş edilmişdir. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, AZ-İ № 198073 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında № 96 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Torpağın Mülkiyyətinə Verilməsinə dair JN-1449A, KOD 40901004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə sahəsi 0,12 ha olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X8, İddiaçı, X3 və X1 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-34- 18/2-3-1725/2025 saylı arayışından görünür ki, Cavabdeh mərhum atası X9 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Mərhum ölən günə kimi Ağsu şəhəri, H.Əliyəv küçəsi 3 saylı evdə yaşamışdır. Mərhumun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır. 1. X2 (1952-ci, il vəfat edib), 2. X10 (1955-ci il, vəfat edib), 3. Cavabdeh ( 1958-ci il), 4. X11 (1960-cı il), 5. X5 (1963-cü il), 6. X6 (1968-ci il), 7. X4 (1971-ci il), 8. İddiaçı (1965-ci il). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2- 2762/2025 saylı məktubundan görünür ki, 0,12 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin invertarlaşdırılması və müvafiq ölçü işlərinin aparılması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri daşınmaz əmlakın yerləşdiyi ərazidə olmuşlar, lakin torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində mübahisə mövcud olduğuna görə, ölçü işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının mərhum valideynlərindən miras qalmış ünvan 1 ünvanında yerləşən 0,12 həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmamışdır. Həmin fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi üçün ölçü işlərinin aparılması üçün Cavabdeh şərait yaratmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 6.1.1.2-ci maddəsinə əsasən fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün digər sənədlərlə yanaşı daşınmaz əmlaka dair texniki sənədlər (pasport və plan ölçü) də verilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özləninin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını qorumaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə hesab edir ki, cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına şərait yaratması və mane olmaması vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.7-ci maddəsinə əsasən Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,12 həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə daxil olmağa və ölçmə işlərinin aparılmasına yaradılmış maneə aradan qaldırılmalı, həmin əraziyə daxil olmağa əngəl yaradan hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 0,12 həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədləşmə (inventarlaşdırılma, müvafiq ölçü işləri və s.) işlərinin aparılmasına yaradılmış maneə aradan qaldırılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1413/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1413/2025
02.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver