Məhkəmə qərarları › İş №2(016)-158/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-158/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-158/2023 17.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə olan Samsung Galaxy S20 markalı telefon üçün 1.010 manat ödənilməmiş hissə, 101 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Galaxy Tab A7 Lite markalı tablet üçün 194 manat ödənilməmiş hissə, 19 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A12 markalı telefon üçün 127 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu olmaqla, cəmi 1.463 manat borcun və 34.63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cavabdeh Samsung Galaxy S20, Galaxy Tab A7 Lite markalı tablet və Samsung Galaxy A12 markalı telefon almış və nəticədə, 1.463 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1.398,6 manat (18 ay x 77.7 manat + 0 manat ilkin ödəniş) olan Samsung Galaxy S20 markalı telefon üçün ümumilikdə, 1.111 manat olmaqla, ondan 1.010 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101 manat cərimə, alqı-satqı qiyməti 472.8 manat (12 ay x 39.4 manat + 0 manat ilkin ödəniş) olan Galaxy Tab A7 Lite markalı tablet üçün ümumilikdə, 213 manat olmaqla, ondan 194 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 manat cərimə və alqı-satqı qiyməti 464.32 manat (14 ay x 18.88 manat + 200 manat ilkin ödəniş) olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 139 manat olmaqla, ondan 127 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə borcu yaranmışdır. Cavavdehin cəmi ödədiyi məbləğ 1.004,72 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il , xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq Samsung Galaxy S20 markalı telefon, Galaxy Tab A7 Lite markalı tablet və Samsung Galaxy A12 markalı telefon satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1.010 manat ödənilməmiş hissə, 101 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 194 manat ödənilməmiş hissə, 19 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 127 manat ödənilməmiş hissə, 12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.463 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş hissənin tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilələr əsasında iddiaçıdan mallar almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh göstərilən müqavilələr əsasında malların almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddia tələbinin 34.63 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy S20 markalı telefon üçün 1.010 manat ödənilməmiş hissə, 101 manat məbləğində cərimə, xx.xx.2021ci il tarixli müqavilə üzrə Galaxy Tab A7 Lite markalı tablet üçün 194 manat ödənilməmiş hissə, 19 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A12 markalı telefon üçün 127 manat ödənilməmiş hissə, 12 manat cərimə borcun, cəmi 1.463 manat borcun və 34.63 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar