Məhkəmə qərarları › İş №2(016)-163/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-163/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-163/2023 17.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A12 markalı telefon üçün 110 manat ödənilməmiş hissə, 11 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann Soyuducu üçün 384,96 manat ödənilməmiş hissə, 38,04 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A02 üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə və xx.xx.2021-cı il tarixli müqavilə üzrə Hoffmann Aspirator üçün 159 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu olmaqla, cəmi 938 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-cu il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cavabdeh Samsung Galaxy A12 markalı telefon, Hoffmann Soyuducu, Samsung Galaxy A02 və Hoffmann Aspirator almış və nəticədə, 938 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 447,6 manat (12 ay x 37.3 manat + 0 manat ilkin ödəniş) olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilkdə, 121 manat olmaqla, ondan 110 manat ödənilməmiş hissə, 11 manat cərimə, alqı-satqı qiyməti 534,96 manat (18 ay x 29.72 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Soyuducu üçün ümumilkdə, 423 manat olmaqla, ondan 384,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38,04 manat cərimə, alqı-satqı qiyməti 302 manat (12 ay x 25 manat + 2 manat ilkin ödəniş) olan Samsung Galaxy A02 üçün ümumilkdə, 220 manat olmaqla, ondan 200 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat cərimə və alqı-satqı qiyməti 205,02 manat (18 ay x 11.39 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Aspirator üçün ümumilkdə, 174 manat olmaqla, ondan 159 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 635,62 manat təşkil edir. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq Samsung Galaxy A12 markalı telefon, Hoffmann Soyuducu, Samsung Galaxy A02 və Hoffmann Aspirator satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 110 manat ödənilməmiş hissə, 11 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 384,96 manat ödənilməmiş hissə, 38,04 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 200 manat ödənilməmiş hissə, 20 manat cərimə və xx.xx.2021-cı il tarixli müqavilə üzrə 159 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu olmaqla, cəmi 938 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş hissələrin tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilələr əsasında iddiaçıdan mallar almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh göstərilən müqavilələr əsasında malların almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A12 markalı telefon üçün 110 manat ödənilməmiş hissə, 11 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann Soyuducu üçün 384,96 manat ödənilməmiş hissə, 38,04 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A02 üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə Hoffmann Aspirator üçün 159 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu olmaqla, cəmi 938 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edənAnar Əsgərov İş № 2(016)-163/2023 Məhkəmədən kənar ayrıca prosessual hərəkətin PROTOKOLU Ağsu şəhəri 17 fevral 2023-cü il Hakim Əsgərov Anar Əlifağa oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 16:00-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qətnamə qəbul edir. Prosessual hərəkət saat 16:09-da qurtardı. Protokol 17 fevral 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim Anar Əsgərov AZƏRBAYCAN RESPUBLİKASİ AĞSU RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________________________________ Poçt indeksi: AZ 0600 Ünvan: Ağsu şəhəri, H.Əliyev küçəsi 305 Tel: /020/226-24-54, Faks: /020/226-50-97 Elektron poçt: Elektron ünvan 2(016)-163/2023 17 fevral 2023-cü il İddiaçı: "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73 A Cavabdeh: X2 Ağsu rayonu, Ərəbmehdibəy kəndi Ağsu Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(016)-163/2023 nömrəli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – 01 vərəq Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar