Məhkəmə qərarları › İş №2(016)-2/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-2/2025

11.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-2/2025 11.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1504 ha torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-279A, kod ******* olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında qeydiyyata alınmış 0,14 ha torpaq sahəsi arasında gediş-gəliş yolunun bağlanmasına dair cavabdehlər tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, torpaq sahələri arasında gediş-gəliş yolunun cavabdehlərin öz şəxsi hesabına bağlanmasının üzərlərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona, yəni İddiaçı məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1504 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə adına xx.xx.2022-ci il tarixdə, ********* dövlət qeydiyyatı üzrə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi və yaşayış evi Ağsu rayonu, Gəgəli kəndində yerləşir. Yaşayış evinin qonşuluğunda onunla qohumluqları olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşayırlar. Onlara məxsus yaşayış evinin hüquqmüəyyən edici sənədləri olmasa da, Cavabdeh2, Cavabdeh3, X4 və X2 adına 0,14 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmış, bu barədə JN-279A, kod ******* olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmışdır. Cavabdeh1 həmin ünvanda yaşamır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin ünvanda yaşayırlar. Cavabdehlər və onların ailə üzvləri ilə illərdi həm qohumluq, həmdə ki, qonşuluq münasibətləri olub. Lakin son zaman münasibətləri tamamilə pozulmuş, hər gün demək olar ki, dava-dalaş olur. Belə ki, o, yaşayış evini başqa birinə satmaq istəyir. Həmin şəxs də, yaşayış evinə baxış keçirən zaman cavabdehlərlə aralarında olan geiş-gəliş yolunun bağlanmasını tələb etmişdir. O, bu barədə cavabdehlərlə danışaraq aralarında olan gediş-gəliş yolunu dəmir rtüklə bağlanılmasını söyləmişdir. Lakin cavabdehlər mülkiyyətində olan torpaq sahəsindən onların 0,015 hektarının onların torpaq sahəsi olduğunu, çəpərin sözügedən ölçüdə geriyə çəkildiyi təqdirdə gediş-gəliş yolunun bağlana biləcəyini bildirmişdir. Cavabdehlərin qanunsuz əməlləri səbəbindən evini və torpaq sahəsini sata bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməkləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, inventar nömrəsi 505, reyestr nömrəsi **********05-10301 olan Ağsu rayonu, Gəgəli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin hüquqi subyekti X5r. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********05-10301 olan, ümumi sahəsi 0,1504 ha olan, Ağsu rayonu, Gəgəli kəndində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - JN-282A, Kod - 40900018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli Qərarı ilə 0.15 ha torpaq sahəsi verilmişdir. - 18.08.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X1 rayonu, gəgəli kəndində yerləşən, ümumi sahəsi 0,0,1504 ha olan torpaq sahəsini və ümumi sahəsi 122,9 kv/m olan fərdi yaşayış evini İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 394 saylı arayışından görünür ki, İddiaçı məxsus Ağsu rayonu, Gəgəli kəndində yerləşən ümumi sahəsi 122,9 kv.m olan fərdi yaşayış evində (reyestr nömrəsi **********05-10301) aşağıda adları göstərilən şəxslər daimi pasport qeydiyyatındadırlar. 1. İddiaçı. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3444 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-41/2-1168/2024 nömrəli məlumat məktubuna əsasən qeyd olunur ki, Naturada iddiaçı və cavabdehin faktiki istifadələrində olan həyətyanı torpaq sahələri ölçülmüşdür. İddiaçının faktiki istifadəsində 0,1966 ha, cavabdehin faktiki istifadəsində 0,20 ha torpaq sahəsi vardır. İddiaçının faktiki istifadəsində olan 0,1966 ha torpaq sahəsinin 0,15 ha hissəsinə X3 adına **********05 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı və cavabdeh arasında mübahisəli torpaq sahəsi 91 kv.m təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-xx/xx/2025 nömrəli ekspert rəyinə əsasən, iddiaçı və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin arasında yerləşən mübahisəli 91 kv.m torpaq sahəsinin 57 kv.m hissəsinin İddiaçı mülkiyyətində olan 0,1504 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edildi. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığına görə, qalan 34 kv.m (91kv.m-57 kv.m) torpaq sahəsinin kimin mülkiyyətində olduğunu müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1504 ha torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-279A, kod ******* olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında qeydiyyata alınmış 0,14 ha torpaq sahəsi arasında gediş-gəliş yolunun bağlanmasına cavabdehlər tərəfindən maneələr yaradıldığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Ekspertizasının rəyinə əsasən, iddiaçı və cavabdehlər arasında mübahisəli torpaq sahəsi 91 kv.m-dir və onun da 57 kv.m-i iddiaçının torpaq sahəsinə aiddir. Qalan 31 kv.m torpaq sahəsinin kimə məxsus olması barədə heç bir məlumat yoxdur. Odur ki, İddiaçı məxsus 57 kvadrat/metr hissədə maneələr aradan qaldırılmalı və torpaq sahələri arasında gediş-gəliş yolunun bağlanması təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki va ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edib həmin torpaq sahəsindən istifadə etməyə maneə yaradılması iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özləninin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını qorumaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə hesab edir ki, cavabdehlər tərəfindən qoyulmuş maneələr Ağsu rayonunun Gəgəli kəndində İddiaçı məxsus 57 kvadrat/metr hissədə aradan qaldırılmalı, torpaq sahələri arasında gediş-gəliş yolunun bağlanması təmin edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.7-ci maddəsinə əsasən Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, İddiaçı məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1504 ha torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-279A, kod ******* olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında qeydiyyata alınmış 0,14 ha torpaq sahəsi arasında gediş-gəliş yolunun bağlanmasına dair cavabdehlər tərəfindən qoyulmuş maneələr İddiaçı məxsus 57 kvadrat/metr hissədə aradan qaldırılmalı, torpaq sahələri arasında gediş-gəliş yolunun bağlanması təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,1504 ha torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN-279A, kod ******* olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında qeydiyyata alınmış 0,14 ha torpaq sahəsi arasında gediş-gəliş yolunun bağlanmasına dair cavabdehlər tərəfindən qoyulmuş maneələr İddiaçı məxsus 57 kvadrat/metr hissədə aradan qaldırılsın, torpaq sahələri arasında gediş-gəliş yolunun bağlanması təmin edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar