Məhkəmə qərarları › İş №2(016)-218/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-218/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-218/2025 05.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Kredit İttifaqının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Kredit İttifaqının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, aralarında yaranan mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində cavabdehlə aralarında müvafiq razılıq əldə edilmiş və cavabdeh ödənişlərini qrafik üzrə qaydaya salmışdır. Bu səbəblə cavabdehə qarşı qaldırdığı sadələşdirilmiş iddianı geri çəkir. Barələrində olan mülki işi baxılmamış saxlayaraq xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sadələşdirilmiş iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Məhdud Məsuliyyətli Kredit İttifaqının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair sadələşdirilmiş mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar