Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-229/2023 03.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdeh X1 oğluna qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB(Azərbaycan)” ASC cavabdeh X1 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X1 oğlu arasında Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən xx.xx.2021-ci il tarixli “Nəğd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 5681,84 manat məbləğində əsas borc, 179,38 manat məbləğində faiz borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5900,82 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 79,01 manat dövlət rüsumunun X1 oğlundan tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X1 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nəğd pul kreditinin şərtlərinə dair Ərizəsi “ əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən cavabdehə illik 25,9% hesablanması şərti ilə 60 ay müddətinə 6136 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 5681,84 manat məbləğində əsas borcu, 179,38 manat məbləğində faiz borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5900,82 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X1 oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X1 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nəğd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləsindən görünür ki, cavabdehə illik 25,9% hesablanması şərti ilə 60 ay müddətinə 6136 manat məbləğində kredit verilmişdir. X1 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 oğlunun xx.xx.2023-cü il tarixə “Bank VTB (Azərbaycan)” ASC-yə 5900,82 AZN borcu vardır. - “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, X1 oğluna Bank qarşısında olan 5936,32 manat məbləğində borcu 3 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “Bank VTB(Azərbaycan)” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 79,01 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə X1 oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nəğd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən cavabdehə illik 25,9% hesablanması şərti ilə 60 ay müddətinə 6136 manat məbləğində kredit verilmişdir. X1 oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Göründüyü kimi cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1 və 448.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 oğlundan iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə 5681,84 manat məbləğində əsas borc, 179,38 manat məbləğində faiz borcu, 39,60 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5900,82 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 79,01 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 oğlundan iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə 5681,84 manat məbləğində əsas borc, 179,38 manat məbləğində faiz borcu 39,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5900,82 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 79,01 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(016)-229/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-229/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver